`Azərlotoreya` QUMAR BAZARINI bölüşdürə bilmir... - NƏ BAŞ VERİR?

`Azərlotoreya` QUMAR BAZARINI bölüşdürə bilmir...
`Azərlotoreya` QUMAR BAZARINI bölüşdürə bilmir... Əslində "bölüşdürə bilmir" yox... BÖLÜŞDÜRMƏK İSTƏMİR və real həqiqət də məhz bundan ibarətdir.

DİA.AZ bildirir ki, hal-hazırda rəsmi şəkildə ölkədə açıq-aşkar QUMARXANA biznesi ilə məşğul olan "Azərlotoreya" son günlər özünü yeni istiqamədə də hiss etdirməyə başlayıb. Bu barədə DİA.AZ-ın apardığı müşahidələr də təsdiqləyir ki, real olaraq sosial şəbəkələrdəki digər mərc oyunu təşviqçilərini özünə rəqib görən "Azərlotoreya" onlara qarşı təkcə administrativ üsullarla yox, həm də qara piar metodu ilə də mübarizə aparmaqdadır.

Əslində, qanunlarımız onların hamısını qadağan edir. Amma "Azərlotoreya"nın gözü qara olduğundan onlara DÖVLƏT SƏVİYYƏSİNDƏ (bunun başqa adı yoxdur -red.) şərait yaradııldığından bu gün "Azərlororeya"nın qumar masaları şəhərlərimizin küçələrini bürüyüb, yetim-yesiri dövlət himayəsi altında öz tələsinə asanlıqla salmağındadır.

Amma görünəni odur ki, bu da onlara azlıq edir və özlərinə rəqib kimi gördükləri "Mostbet” kimi provayderlərə qarşı bir SAVAŞ DA AÇIB...

Hər halda, bu faktın özü belə ƏSAS BİR məsələni üzə çıxarır:

"Azərlotoreya" bunca himayə və imkanın qarşısında belə özünü bazarda rahat hiss edə bilmir...

Məsələ də bundadır. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.
DİA.AZ
Məsələ ilə bağlı Siam.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Tarix: 10-10-2023, 11:17
Xəbəri paylaş





Xəbər lenti