DEPUTAT DİLƏ GƏLDİ: VƏZİYYƏT AĞIRDIR…


“Şəhər iflicdir. Vətəndaşlar çox əziyyət çəkir. Evdən bir saat lap tez çıxır ki, gecikməsin, axşam bəzən iki-üç saat tıxaclarda itirir. Bir tikə çörək yeyib tez yatır ki, sabah erkən duracaq. Heç də maraqlı həyat deyil”. Tribunainfo.az yazır ki, deputat Razi Nurullayev paytaxtda tıxaclara belə etirazını bildirib. Onun sözlərinə görə, maşınların sayı da günü-gündən artır: “Əslində, alternativ çıxış yolu çox deyil. Ən münasib yol şəhərin bütün nöqtələrinə, qəsəbələrinə metro çəkilişi və qatarların hərəkətdir. İctimai nəqliyyat isə hələ ki effektiv deyil. Vəziyyət doğurdan da ağırdır”.
Tarix: 25-10-2023, 22:45
Xəbəri paylaş





Xəbər lenti