“Tərtər şəhəri II Dünya müharibəsindən sonra Avropanın ən çox bombalar və raketlərin atıldığı şəhərlərindən biridir”


Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  rayonda fəaliyyət göstərən idarə, 
müəssisə, təşkilat kollektivləri və ictimaiyyət nümayəndələri 44 günlük Vətən 
müharibəsində oktyabrın 29-da şəhərin Elman Səfərov küçəsinə erməni separatçıları 
tərəfindən atılan “Smerç” raketi nəticəsində dağılmış Sahib İsmayılova məxsus  açıq 
havada fəaliyyət göstərən ev muzeyinə ekskursiya ediblər.


Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon 
təşkilatının və rayon Ağsaqqallar Şurasının sədirləri, şəhid ailələri, qazilər, veteranlar 
iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə muzeyin həyətində mülki şəhidlərin şəkillərindən ibarət 
fotoguşəni ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Qafqaz Müsəlmanları 
İdarəsinin səlahiyyətli nümayəndəsi Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.

Tərtər Rayon İcra Hakimiyyətinin  başçısı Müstəqim Məmmədov  bildirib ki, Vətən 
müharibəsində Ermənistan silahlı birləşmələri beynəlxalq hüquq normaları ilə müəyyən 
olunmuş qaydaları pozaraq, Tərtər şəhəri də daxil olmaqla rayonun yaşayış 
məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb, bəzi 
günlərdə Tərtərə 2000-dən çox mərmi atılıb.

Qeyd olunub ki, 2020-cilin 29 oktyabrında –Sahib İsmayılovun evinə  raket düşən gün 
Azərbaycan Respublikası Prezidentinin  köməkçisi, Prezident Administrasiyasının 
Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tərtərdə səfərdə olub. 
Erməni vandalizminin canlı şahidi olan prezidentin köməkçisi Tərtəri erməni nasizminə 
qarşı Azərbaycanın Stalinqradı adlandıraraq, bildirib ki, təəssüflə qeyd etməliyik ki, 
Tərtər şəhəri II Dünya müharibəsindən sonra Avropanın ən çox bombalar və raketlərin 
atıldığı şəhərlərindən biridir. 
Rayon rəhbəri tədbir iştirakçılarına erməni terrorçularının törətdikləri terror hadisələrində 
həlak olan mülki şəhidlər barədə də məlumat verib. Bildirib ki, 2020-ci il oktyabrın 15-də 
Ermənistan Silahlı Qüvvələrinin atdığı raket nəticəsində şəhər qəbiristanlığında dəfn 
mərasimində iştirak edən 4 nəfər mülki vətəndaş şəhid olub, 4 nəfər yaralanıb. 
Ümumilikdə, 44 günlük Vətən müharibəsində Tərtər rayonunun yaşayış məntəqələrinin 
atəşə tutulması nəticəsində mülki vətəndaşlardan 16 nəfər şəhid olub, 63 nəfər 
yaralanıb. Yaşayış evlərinə, qeyri-yaşayış sahələrinə, sosial obyektlərə, məktəb, 
xəstəxana və uşaq bağçalarına, kənd təsərrüfatına ziyan dəyib. Ancaq tərtərlilər bir gün 
də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər 
versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər. Bu 
gün birlikdə ekskursiya etdiyimiz bu muzey erməni vandalizminin bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan 
Ordusunun qələbəsi tarixin səhifələrinə qızıl hərflərlə yazılıb. Bu ilin sentyabr ayının 19-
da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı cəmi 23 saat 43 dəqiqə 
ərzində erməni terrorçuları ağ bayraq qaldıraraq təslim olublar. Xalqımız oktyabrın 15-
də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli 
torpaqlarımız olan Xankəndi,  Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də 
Əsgəran qəsəbəsində üçrəngli Dövlət Bayrağımızın ucaldılmasını qürur və iftixar 
hissləri ilə qarşılayıb. Möhtərəm prezidentimiz 20 illik hakimiyyəti dövründə xalqına 
verdiyi bütün vədlərə əməl edib, biz birlikdə bir daha uca səslə deyirik: “Qarabağ 
Azərbaycandır və nida!”

Artıq işğaldan azad olunmuş ərazilərimizə mərhələli şəkildə qayıdışa başlanıb, tezliklə 
Qarabağ yenidən öz doğmalarının əlləri ilə dirçələcək və əvvəlkindən də gözəl olacaq!

Tarix: 28-10-2023, 21:49
Xəbəri paylaş





Xəbər lenti