Əfv etdiyimiz Şahramanyan İrəvanda “atsax” “bayrağı” altda fransızları qəbul etdi...-FOTO

Əfv etdiyimiz Şahramanyan İrəvanda “atsax” “bayrağı” altda fransızları qəbul etdi...-FOTO
“Yaranmış gerçəklik, dövlət sərhədimizi sərbəst keçmiş Samvellərin İrəvanda artıq  Azərbaycana qarşı sərhədi keçən həyasız, arsız-abırsız fəaliyyətləri sübut edir ki, onları əvf yox, hamısını məhv etmək lazım idi...”
 
Oktyabrın 29-30-da gorbagor(!) “artsax”ın sonuncu qondarma prezidenti Samvel Şahramanyan  Avropa Parlamentinin fransalı üzvü Nikolas Bey, italiyalı deputat Vinçenzo Sofo və qarşıdan gələn Avropa Parlamenti seçkiləri üçün Fransanın "Reconquête" partiyasının siyahısına rəhbərlik edən Marion Mareşalın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Moderator.az xəbər verir ki, separatçı liderin İrəvandakı ofisində Xankəndində rəsmən ləğv olunmuş separatçı-terrorçu rejimin əski parçası və “gerb”i altında keçirilən bu görüş haqda Tert.am məlumat yayıb.
 
Fransa parlamentinin deputatı Marion Mareşal öz “Facebook” səhifəsində görüş haqqında yazıb və “artsax” “prezident”i Samvel Şahramanyan ilə görüşü xüsusi qeyd edib. 

Deputat həyasızcasıına vurğulayıb ki, guya “Türkiyənin dəstəklədiyi Aəzrbaycan erməniləri məhv etmək, xristianlığın izlərini yox etmək istəyir”.
“Görüş zamanı Azərbaycanın təcavüzü nəticəsində yaranmış vəziyyətlə bağlı məsələlər müzakirə olunub”- xəbərdə belə deyilir.
 
Zəruri şərh:
 
Samvel Şahramanyanın İrəvandakı son müsahibəsindən belə çıxır ki, Azərbaycan tərəfi onu ölkəmizə, dövlətimizə qarşı o qədər də ciddi fəaliyyət göstərmədiyinə, ağır cinayətlər törətəmədiyinə görə bir növ əfv edib və helikopterlər Ermənistana keçməsinə şərait yaradıb.
Ancaq yaranmış gerçəklik, sərhədimizi keçmiş Samvellərin İrəvanda artıq  Azərbaycana qarşı sərhədi keçən həyasız, arsız-abırsız fəaliyyətləri sübut edir ki, onları əvf yox, hamısını məhv etmək lazım idi...

Tarix: 1-11-2023, 09:01
Xəbəri paylaş





Xəbər lenti