"Bəşəriyyət məhv olmaq təhlükəsi həddinə gəlib" - XAQANİ CƏFƏRLİ


"Molla rejiminin Azərbaycandakı səfirinin İsraili Azərbaycan xalqının adından təhdid etməsi, sosial şəbəkələrdə terrorçulara rəğbətin aşkar ifadə edilməsi məsuliyyətsiz və təhdidedici boşboğazlığın söz azadlığının önünə keçməsinin bariz nümunəsidir"
"Terroru maliyyələşdirən dövlətlərin və terror təşkilatlarının cilovlanmaması bəşəriyyəti məhv olmaq təhlükəsi həddinə gətirib. Aydın görünür ki, çağdaş sivilizasiyanın fəaliyyətini təmin edən qaydaların yenilənməsinə ehtiyac var". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli deyib.
Politoloqun fikrincə, parazitlərin hüquqları bəşəriyyətin ən böyük uğuru olan universal insan hüquqlarını təhdid edir: "Məsuliyyətsiz və təhdidedici boşboğazlıq bəşəriyyətin ən böyük nailiyyəti olan söz azadlığının önünə keçib. Molla rejiminin Azərbaycandakı səfiri Seyid Abbas Müsəvinin İsraili Azərbaycan xalqının adından təhdid etməsi, sosial şəbəkələrdə terrorçulara rəğbətin aşkar ifadə edilməsi də həmin məsuliyyətsiz və təhdidedici boşboğazlığın söz azadlığının önünə keçməsinin bariz nümunəsidir. Bütün bunlar çağdaş sivilizasiyanın fəaliyyətini təmin edən qaydaların yenilənmə zərurətini göstərir. Humanizm ədalətin bərqərar olmasına maneə olmamalıdır".
Tarix: 7-11-2023, 13:45
Xəbəri paylaş





Xəbər lenti