Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə 8 noyabr –Zəfər Günü münasibəti ilə lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş həmyerlilərimizin ailəsini ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı 
Sahib Alıyevlə birlikdə  8 noyabr –Zəfər Günü münasibəti ilə Azərbaycan Silahlı 
Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror 
tədbirləri zamanı şəhid olmuş həmyerlilərimizin ailələrində olub, onları Zəfər Günü 
münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıb, bayram sovqatı veriblər.

Vətən 
naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adlarını 
şəhidlik zirvəsinə yazan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyiblər.
Bildiriblər ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə mənfur düşmənə ağır 
zərbə vuran, düşmənə layiqli dərs verən, adlarını qəhrəmanlıq salnaməsinə yazmaqla 
Vətənin bölünməzliyinə imza atan şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, 
onların doğmalarına, ailə üzvlərinə təskinlik verərək diqqət və qayğı göstərmək hər 
birimizin vətəndaşlıq borcumuz, ən ümdə vəzifəmizdir. Hər birinin həyatı bir 
qəhrəmanlıq dastanı olan şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad 
edirik.
Görüşlərdə Azərbaycan Respublikası Prezidenti, möhtərəm Ali Baş komandan İlham 
Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı qələbədən, ölkə rəhbərinin 
antiterror əməliyyatlarından sonra işğaldan azad olunmuş ərazilərdə-Xankəndində, 
Ağdərədə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını dalğalandırmasından, Ali Baş 
komandanla bütün xalqımızın qürur duymasından da danışılıb, qalib ölkənin qalib 
vətəndaşı olmağın gözəl hiss olduğu vurğulanıb.
Görüşlərdə həmçinin bildirilib ki, Azərbaycan Respublikası Prezidenti, möhtərəm Ali 
Baş komandan cənab İlham Əliyevin müvafiq sərəncamı ilə lokal xarakterli antiterror 
əməliyyatlarında şəhid olan həmyerlilərimiz Lalayev Ruslan Akif oğlu 3-cü dərəcəli 
“Rəşadət” ordeni və “Vətən Uğrunda” medalı ilə, Ağayev Kənan Vahid oğlu,  Vəlizadə 
Rəşad Elşən oğlu, Abbaszadə Emin Faiq oğlu, Səfərov Cavid Rövşən oğlu və 
İbrahimov Elnur Səxavət oğlu isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən 
Uğrunda” medalı ilə təltif ediliblər.
Şəhidlərin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban 
xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 8-11-2023, 17:43
Xəbəri paylaş





Xəbər lenti