Kamran Əliyevin DYP-dəki “xidmətləri”

Gələn gedənə rəhmət oxutdurur Kamran Əliyevin sürücüluk vəsiqəsi biznezi.
DYP sistemində sıradakı RƏİSdən danışarkən, ilk ağıla gələn isim Kamran Əliyev olur. Onun rəhbərlik etdiyi sahələrdən biri sürücülük vəsiqəsinin verilməsidir ki, bura da açıq bazarı xatırladır. Kamran Əliyev deyə bilər ki, imtahan test üslu ilə keçirilir və kim 10 sualdan 9-na doğru cavab versə sürücülük vəsiqəsini ala bilər. Amma əslində bu gün 1200 azn rüşvət verməyib sürücülük vəsiqəsi alan adamları barmaqla saymaq olar. Qeyd edək ki, Kamran Əliyev bu vəzifəyə təyin olunana qədər sürücülük vəsiqəsinin qiyməti 850 manat idi. O, gələndən sonra qiymət də qalxdı. Nəzəri imtahanı özü verən təsadüfi şəxslər də “yezda” adlanan sürücülük qabiliyyətini yoxlayan imtahanda sıxışdırılır.
Kamran Əliyevin digər “XİDMƏTİ”  nömrə biznesidir. Azərbaycanda avtomobillərin dövlət nömrə nişanlarına olan maraq nömrələrin qiymətini fantastik dərəcədə artırıb. Son illər imkanlı şəxslərin öz avtomobillərinə dövlət məmurlarının xidmətində olan nömrələri alması da dəbə minib. Məhz bu dəbin nəticəsidir ki, məmur avtomobillərinin nömrələri başqa seriyalarla ağlasığmayan qiymətlərə satılır. Bununla bağlı apardığımış araşdırmalar zamanı aşağıdakı məlumatları öyrəndik ki, nazirlərdən birinin özünün və ailəsinin xidmətində olan sonluğu 900 olan nömrələrin satışı 10 min manat civarındadır. Daha bir məmurun da xidməti avtomobilinin sonu 100-lə bitən nömrəsinin qiymət 15 min manatdır. Nömrə biznesi də birbaşa Kamran Əliyevin kurasiyasıdır. Belə qənaətə gəlirik ki, bu şəxsin vəzifəyə təyin edilməsindən sonra rüşvətlə alınan pulların miqdarı daha da artıbdır. Onu da qeyd edək ki, DYP sistemində “nazirin adamı” kimi tanınan bu şəxs Ramiz Zeynalovdan sonra özünü rəis vəzifəsində görür və bunu öz yaxın ətrafına deməkdən belə çəkinmir.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Mənbə: aktualxeber.az
Təqdim etdi: Siam.az
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... 
Tarix: 13-11-2023, 08:16
Xəbəri paylaş





Xəbər lenti