Fransanın hərbi texnikası Gürcüstan vasitəsilə Ermənistana aparılır - NƏ BAŞ VERİR?

Fransanın hərbi texnikası Gürcüstan vasitəsilə Ermənistana aparılır
Bu dəqiqələrdə Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana aparılır.

“Report” xəbər verir ki, bununla bağlı fotoları “Caliber” yayıb.

Məlumata görə, bu saatlarda Fransanın Ermənistana göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən Ermənistanla sərhədə doğru hərəkət edir.

Qeyd edilir ki, bu gecə Gürcüstanın Poti limanında Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan, “Acmat” şirkətinin istehsalı olan “Fransa Bastion” markalı çoxməqsədli zirehli maşınlar yüklənib. Həmçinin “Bastion” üçün avadanlıqlar da göndərilib. Avadanlıqları göndərən Fransanın ARQUUS şirkətidir.

Qeyd edək ki, Gürcüstan uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina edib, amma indi, görünür, rəsmi Tbilisi buna icazə verib.

ŞƏRHİMİZ: Hər halda Ermənistanın gələn il üçün öz hərbi büdcəsini artırması faktı da İrəvanın yaxşı nələrəsə tədarük görməməsindən xəbər verir. Amma olsun... Azərbaycan da yerində saymır...
Tarix: 12-11-2023, 14:16
Xəbəri paylaş





Xəbər lenti