“Müharibə təhlükəsi var, ruslar Qarabağdan Mehriyə gələcəklər” - Abramyan

“Müharibə təhlükəsi var, ruslar Qarabağdan Mehriyə gələcəklər”
“Bu bir həqiqətdir ki, sülh müqaviləsi yoxdur, bu, sırf istəklər sahəsindəndir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Hrant Ter-Abramyan deyib.

Ekspert Zəngəzur dəhlizi məsələsinə də diqqət çəkib:

“Artıq anladıq ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan və Türkiyənin deyil, həm də Rusiyanın arzusudur. Bu kommersiya yox, strateji məsələdir”.

Ter-Abramyan qeyd edib ki, Azərbaycan İrandan keçməklə Naxçıvana yol çəkməyə başlasa da, Zəngəzur dəhlizi hələ də onun maraq dairəsindədir:

“Türkiyə də tamam başqa şey deyir. Rusiya da bəzi eyhamlar vurur, açıq olmasa da, başa düşüləndir”.

Politoloq Ermənistanın anti-Rusiya siyasətinin regionda yeni müharibə təhlükəsi yaratdığını söyləyib:

“Niyə sülh müqaviləsi bağlanmır? Çünki ilk baxışdan elə görünə bilər ki, bütün məsələlər həll olunub, belə deyil, müharibə təhlükəsi var. Ermənistan hökuməti, eləcə də bəzi ekspertlər anti-Rusiya siyasəti aparırlar.

KTMT-dən çıxmaq, başqa işlərlə məşğul olmaq vaxtı deyil, çünki açıq-aşkar təhlükə mövcuddur. Sünikdən (Zəngəzur) danışıram. Yeri gəlmişkən, Rusiya sülhməramlı qüvvələri indiyədək Qarabağdan çıxmayıb, bu da çox maraqlı faktdır. Başqa nəsə yoxdursa, orada nə işləri var? Ola bilər ki, sülhməramlı qüvvələr İcevandan Mehriyə qədər ərazilərdə yerləşdirilsin, bunu şərti olaraq deyirəm. Siyasətdə inanılmaz heç nə yoxdur”.

Ter-Abramyan Ermənistanın artıq Rusiyadan yox, bölgədə dominant gücə çevrilən Azərbaycandan asılı olduğunu vurğulayıb.
Tarix: 23-11-2023, 15:31
Xəbəri paylaş





Xəbər lenti