“Çirkli pul”lara” amnistiya:”İş adamlarını qorumaq üçün...” - AKTUAL


Bir neçə ildir ki, ölkədə maliyyə amnistiyası ilə bağlı müzakirələr gedir.

Millət vəkilləri, ekspertlər ölkədə maliyyə amnistiyasının vacibliyini bildirsələr də, hələ bu sahədə dəyişiklik müşahidə edilməyib.

Cari ildə ölkədə “Maliyyə və əmlak amnistiyası haqqında” Qanun layihəsinin hazırlandığı da bildirilirdi. Ümumiyyətlə, maliyyə amnistiyasının qəbululu ona görə vacib hesab edilir ki, Azərbaycandan xaricə çıxarılan vəsaitlər var və belə bir sənəd qəbul edilərsə, ölkədən kütləvi pul köçürmələrinin də qarşısı alınar.

Onu da qeyd edək ki, Milli Məclisdə müzakirəyə çıxarılan “Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanun layihəsi birinci oxunuşda qəbul edilib. Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb.

Hazırda Rəqabət Məcəlləsinin müzakirəsi fonunda ölkədə maliyyə amnistiyası qəbul edilə bilərmi?

"DogruXeber.az"ın məlumatına görə, Millət vəkili Fazil Mustafa Cebhe.info-ya bildirib ki, ölkədə maliyyə amnistiyası verilməlidir:

“Ancaq bu, o fonda verilə bilər ki, ciddi bir islahat anonsu verilsin və yeni bir iqtisadi münasibətlərin formalaşması cığırı açılsın. Yəni daha çox iş adamlarının təşviq olunması, proseslərə qatılması, çəkinmədən bunu etməsi lazımdır.

Ancaq maliyyə amnistiyasından öncə məhkəmə sisteminin, ümumiyyətlə, sahibkarlığa qarşı münasibətinin parametrlərinin dəqiqləşdirilməsinə ehtiyac var. Bu qoruyucu mexanizmlər olmasa, kimsə hansısa bir şəkildə belə bri amnistiyanın müəyyən real məzmununa inanmağa başlamayacaq”.

Millər vəkilinin fikrincə, birinci növbədə məhkəmə güvəncəsi olmalıdır:

“İş adamlarının həm dövlət qarşısında, istər müəyyən mənada rəqabətdə imtiyazı olan qüvvələr qarşısında qorunması təmin olumalıdır. Bu olmasa, belə məsələlərdə irəliləyiş əldə etmək çətin olacaq”.
Tarix: 30-11-2023, 22:00
Xəbəri paylaş





Xəbər lenti