PREZİDENTLİYƏ NAMİZƏDLƏR NİYƏ HƏLƏ DƏ AÇIQLANMAYIB?


Dekabrın 9-dan prezidentliyə namizədin irəli sürülməsi başlanıb. Tribunainfo.az yazır ki, artıq dekabrın 11-i və hələ də heç bir namizəd rəsmi şəkildə irəli sürülməyib. Maraqlıdır ki, nə iqtidar partiyası, nə digər siyasi təşkilatlar namizəd təqdim etməyib. Nəzərə alaq ki, prezidentliyə namizədin qeydə alınması üçün 40 min imza tələb olunur. Bu sənədlər yanvarın 8-dək təhvil verilməlidir. Bu baxımdan o qədər çox zaman qalmayıb. Amma hələ ki bir sükut hökm sürür. Ehtimal olunur ki, bu gün prezidentliyə namizədlər irəli sürülsün. Qeyd edək ki, növbədənkənar prezident seçkisi fevralın 7-də keçiriləcək.
Tarix: 11-12-2023, 10:23
Xəbəri paylaş





Xəbər lenti