Erməni politoloq separatçı “hökumət”in İrəvandakı qalıqlarının Rusiyadan idarə olunduğunu söylədi...

Erməni politoloq separatçı “hökumət”in İrəvandakı qalıqlarının Rusiyadan idarə olunduğunu söylədi...
“Onlar Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olacaq bəzi hərəkətlər edə bilərlər, çünki sülh müqaviləsinin imzalanması Rusiyanın maraqlarına uyğun deyil...”
“Əgər orada artsax və ya artsax xalqının gələcək fəaliyyətləri ilə bağlı bir gündəm müzakirə olunurdusa və artsax xalqı ilə bağlı yüzlərlə gündəm məsələsi varsa, sessiya niyə qapalı keçirilib. Bu suallar doğurur və mən güman edirəm ki, artsax xalqı bu sualları öz parlamentinə ünvanlamalıdır. Deməli, orada nəsə müzakirə olundu ki, bu, həqiqətən də cənab deputat Gevorq Papoyanın dediyi kimi bu, Ermənistanın suverenliyi üçün bombadır”.
 
Moderator.az xəbər  verir ki, bu fikiləri  politoloq Davit Stepanyan “ Haykakan Jamanak ” qəzetinə müsahibəsində Qarabağda gorbagor(!) olmuş separatçı-terrorçu rejimin İrəvana sığınmış tör-töküntülərinin qondarma “parlament”inin ötən gün keçirdiyi qapalı iclas  haqda mətbuatda yayılan məlumatları şərh edərkən söyləyib.
 
Politoloqun fikrincə,  separatçı-terrorçu “hökumət”in Rusiya tərəfindən idarə olunması faktdır.
 
“Onların bu işdə nə planlaşdırdıqlarını deyə bilmərəm: çevriliş və ya diktatura, lakin bu faktdır ki, artsax xalqı Rusiya Federasiyasının himayəsi və Dağlıq Qarabağı hökumətinin itaətkar fəaliyyəti ilə etnik təmizləmənin(dırnaqrası-S.L.) qurbanı olub. İndi tərəziyə Ermənistan Respublikasının suverenliyindən başqa bir şey qoyulmur. Onlar artsaxı uğurla təslim etdilər. Mən 1994-cü ildən bəri talançılıqla məşğul olan, artsaxın resurslarını, İrəvandan göndərilən pulları yeyən, heç bir işə yaramayan və artsaxın özünümüdafiəsini artırmayan, ümidlərini ona bağlayan bütün artsax liderlərinin əməllərini nəzərdə tuturam. Rusiya Federasiyası, eləcə də onun buradakı adamları: Robert Köçəryan və Serj Sarkisyan onilliklər ərzində apardıqları əməliyyatlarda əldə etdiklərini əldə etdilər. Onlar günahkardırlar, məncə bunu hamı bilir, artsax xalqı birinci bilir”,- Stepanyan belə deyib.
 
Politoloq Qarabağ klanının Ermənistanda hakimiyyəti ələ keçirə biləcəyi ehtimalını görmür. “...Əks halda köçkünlər Ermənistana gələn gündən bunu edərdilər. Bu o deməkdir ki, onlar Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olacaq bəzi hərəkətlər edə bilərlər, çünki sülh müqaviləsinin imzalanması Rusiyanın maraqlarına uyğun deyil”-deyə Stepanyan vurğulayıb.
 
S.Laçın

Tarix: 12-12-2023, 09:20
Xəbəri paylaş





Xəbər lenti