Tərtərdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib - FOTO

Tərtərdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib
Tərtər rayonunda Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə
əlaqədar anım tədbiri keçirilib. Azərbaycanın bütün bölgələrində olduğu kimi,
Tərtər rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər
Əliyevin əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov,
hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının və
rayon Ağsaqqallar şurasının sədrləri, şəhid ailələri, qazilər, YAP rayon
təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların
kollektivləri, ictimai birliklərin, rayon ictimaiyyətinin nümayəndələri iştirak
ediblər.
Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dünya
şöhrətli siyasi xadimin əziz xatirəsi ehtiramla yad edilib.
Qeyd edək ki, bu il dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100, vəfatının 20-ci
ildönümü qeyd olunur. 2023-cü ilin başlanğıcından etibarən istər respublika
daxilində, istərsə də respublikadan xaricdə, eləcə də Tərtər rayonunda
Ümummilli Liderin əziz xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçirilib,
bütün Azərbaycan xalqı ilə birlikdə tərtərlilər də tariximizdə müstəsna yeri
olan dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
Prezident İlham Əliyev uzun illər işğal altında olan torpaqları azad etməklə
Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirib, 30 illik erməni işğalına,
məcburi köçkünlərin intizarına, yurd həsrətinə son qoymaqla ata vəsiyyətini,
öz xalqına verdiyi vədləri layiqincə yerinə yetirib.

Tərtərdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib
Tərtərdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib
Tərtərdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib
Tərtərdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib

Tarix: 12-12-2023, 14:06
Xəbəri paylaş





Xəbər lenti