SAHİBKARLAR ZAKİR FƏRƏCOVDAN PREZİDENTƏ YAZDILAR – MÜRACİƏT

SAHİBKARLAR ZAKİR FƏRƏCOVDAN PREZİDENTƏ YAZDILAR – MÜRACİƏT


Bir qrup iş adamı Prezident İlham Əliyevə müraciət edib. Tribunainfo.az bildirir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun dəvəti ilə onun qəbulunda olublar: “Mənə Sumqayıt şəhərində yeni bulvarın kompleksinin salınmasının zəruriliyini bildirdi.
Söhbət əsasında başçı mənə demişdir ki, Sumqayıtda Yeni Bulvar kompleksinin salınmasını və bulvarın cari ilin sentyabr ayında təhvil verilməsini tapırmışdır. Tapşırılan vaxtda Yeni Bulvar kompleksini keyfiyyətli təhvil verəndən sonra yüksək vəzifəyə təyin ediləcəkdir. Həmçinin, mənə bildirdi ki, əvvəlcədən 6 nəfər iş adamı ilə bu barədə söhbəti olub, lakin onlar bu işi boyunlarına götürməyiblər. Sonra bizə müraciət edib ki, Yeni bulvarın salınması onun üçün olduqca vacibdir. Ona görə ki, bulvarı yüksək keyfiyyətlə salınması barədə Prezidentə söz verib. Zakir Fərəcov bildirdi ki, bu işi vaxtında yerinə yetirə bilsəm, yüksək vəzifəyə təyin edildikdən sonra mənə işləmək üçün hər cür şərait yaradacağına söz də verdi. Bundan sonra, birlikdə yeni bulvar kompleksinin salınacağı yerə getdik. Həmin sahəyə baxış keçirdik, 105 ha torpaq sahəsində yeni bulvar kompleksinin salınmasına və sentyabr ayının axırında tam təhvil vermək barədə razılaşdıq. Həmçinin, Z.Fərəcov mənə şəhərin Bakı-Quba yolundan girişində abadlıq işləri aparılmasını da mənə tapşırdı və bu barədə də razılığa gəldik. Bundan sonra, mən 624 nəfər işçi və texnikamızla birlikdə mart ayının 10-da işə başladıq. Yeni Bulvar kompleksini 2016-cı ilin sentyabr ayında tam təhvil verdik. Lakin, gördüyümüz işlərin dəyəri bu günə qədər tam ödənilməmişdir.
Bundan əlavə Yeni Bulvar kompleksindən sonra Şəhidlər Xiyabanı və Heydər Əliyev prospekti, Sumqayıt şəhərinin girişində yolun sağ və sol hissəsi (8 km), S.Vurğun, Nizami və C.Cabbarlı küçələri, Sumqayıt şəhərində Muğanbankın qarşısındakı istirahət parkını tam abadlaşdıraraq təhvil verilmişdir. Lakin öhdəmizə götürdüyümüz işləri başa çatdıraraq təhvil verilməyinə baxmayaraq indiyə qədər borclu qaldığı 2.900.000 manat vəsait hələ də ödənilməmişdir. Dəfələrlə etdiyim müraciətlər nəticə verməmişdir.
Möhtərəm Prezidenti Sumqayıt şəhərində Z.Fərəcov təmsil edir. Z.Fərəcova etibar göstərilərək bu vəzifəyə təyin edilmişdir. Biz ölkə rəhbərinin etibar etdiyi şəxsə, onun sözlərinə inanıb etibar etdik.
Biz Z.Fərəcovun sözlərinə inanaraq təmir-tikinti və yenidən qurma işləri ilə əlaqədar lazım olan avadanlıq və tikinti materiallarını tanıdığım iş adamlarına sifariş etdik.
İşlərin görüldüyü zaman əvvəllər veriləcək pullar bizə şəhərin memarı Adil Xudadatov tərəfindən nağd şəkildə ödənilirdi. Adil Xudadatovla aramızda yaranan münasibət nəticəsində onun tərəfindən mənə məlum olmuşdur ki, verilən pullar şəhərdə fəaliyyət göstərən iş adamlarından və müxtəlif təşkilatlardan yığılıb verilirdi. Çünki, mən material üçün pul lazım olduğunu bildirdikdə deyirdi ki, hələ pul yığılmayıb, yığılan kimi çatdıracağam. Z.Fərəcov və A.Xudadatov bizə işlərin dayandırılmamasını xahiş edir və yaxın zamanlarda pulun ödənilməsinə söz verirdilər. Hətta, işin vaxtında təhvil verilməsi üçün yalvarırdı. Qeyd etdiyim kimi, imkanlar daxilində mənə tapşırılan işi tam və keyfiyyətlə yerinə yetirdik. Buna görə müəyyən şəxslərdən götürdüyümüz tikinti materiallarının dəyərini və bu işə görə borc götürdüyüm şəxlərə borcumu hələ də ödəyə bilmirik.
Sumqayıtda Yeni Bulvar kompleksinin açılışı zamanı möhtərəm Prezident də görülən işlərdən və işin keyfiyyətlə yerinə yetirilməsindən razı qalaraq orada bildirdi ki, tez bir zamanda bu işlərin görülməsi əsl möcüzədir.
Prezidentin sözlərilə desək möcüzəni yaradan MMC 6 (altı) ildir ki, gördüyü işlərin dəyərini hələ də ala bilmir. Onu da bildirim ki, Z.Fərəcov deyir ki, kompleksin tikintisi üçün dövlət tərəfindən vəsait ayrılmamışdır. Bunu öz hesabına tikdirmişdir. Buna görə də bizə görülən işlərin dəyərinin 30 faizini notarial qaydada təsdiq edilməklə ona bağışlamağımızı tələb edir. Yerdə qalan hissəsinin əvəzinə də torpaq sahələri, avtomobillər, yeni tikililərdə mənzillər təklif etmişdir. Bu təklif bizi qane etməsə məcburən razılaşdıq. Lakin, həmin təkliflər də söz olaraq qaldı. Z.Fərəcov ödəniş etmək əvəzinə hələ də bizə hədə-qorxu gəlir, tutdurmaqla hədələyir. Hətta, bir necə şəxsi polisdə günlərlə qeyri-qanuni saxlatdırmışdır.
Z.Fərəcovun yalanlarından bezmişik. Bilirik ki, Yeni Bulvar kompleksinin tikintisi və şəhərin abadlaşdırılması üçün büdcədən vəsait ayrılmışdır. Lakin, həmin vəsaitlərin hara xərclənməsi naməlumdur. Bizə az da olsa ödənilən vəsait qeyd etdiyim kimi, memar Adil Xudadatov tərəfindən müxtəlif iş adamlarından və təşkilatlardan yığılan pullar hesabına ödənilmişdir. Hazırda Adil Xudadatov da ödəniş etməkdən yayınır, verdikləri sözlərə əməl etmirlər.
Əldə etdiyim məlumatlara əsasən Sumqayıt şəhərində gördüyümüz yenidənqurma və abadlıq işlərini bizim gördüyümüz halda həmin işlər başçının göstərişi ilə tamamilə başqa müəsissələrin adına sənədləşdirilmişdir. Əslində gördüyümüz işlərə ayrılan pullar qeyd etdiyimiz kimi mənimsənilmişdir.
Bizə boclu olduqları pulların qaytarılması üçün başçı tərəfindən necə illərdir üstümüzə emissarlar göndərilir. Bu danışıqlar bəzən başçı tərəfindən hədələrdən ibarət olur. Bəzən də bizə gözləmək məsləhət olunur. Səbəb kimi də başçının bizə olan borcunu hazırda ödəmək üçün vəsaitinin olmaması göstərilir. Nə qədər araçılarla (emissarlarla) görüşmək, danışmaq olar.
Başçının borcunu ödəmək üçün pulunun olmaması isə əsassız dəlildir. Kiminsə imkanlarını, obyektlərini sadalamaq istəmirik. Məlumdur ki,dövlət kifayət qədər abadlıq üçün vəsait ayırnışdır.Bəs pullar hara getdi?FərəcovSumqayıt stansiyasında şəxsi ferma kompleksini nə ilə tikdirir? Yəni,dövlətin pulun mənimsəyib ferma tikdirir? Hamı hər şeyi yaxşı görür və yaxşı bilir. Ortada olan və hamıya bəlli həqiqətləri gizlətmək, dəvəquşunun gizlənməsinə bənzəyər. Necə deyərlər görünən dağa bələdçi lazım deyil.
Alacağımız pullar yüzlərlə fəhlənin alın tərinin puludur. İş adamlarının min bir əziyyətlə ərsəyə gətirdiyi və satdığı tikinti materiallarının puludur. Hansı ki həmin pullar yüzlərlə ailənin yeganə dolanışıq mənbəyi olmuşdur. Bizim borclu qaldığımız iş adamları özləri bu səbəbdən borc içində batırlar. Bu qədər insanları belə zillətə salmağa nə ad vermək olar.
İndiyə kimi nə qədər şikayətlər yazmışam, heç bir nəticəsi olmayıb. Ancaq, inanıram ki, axırda bir dəfə kimsə dözməyib bu işə bir nöqtə qoyacaqdır.
Z.Fərəcov çoxsaylı şikayətlərimizdən sonra borclu olduğu iş adamlarını otağına dəvət etmiş, onları 50.000 manat verərək tutduracağını bildirməklə hədələmişdir. Həmin görüşdə harınlamış Z.Fərəcov iş adamlarına demişdir ki, siz Administrasiyaya şikayətlər yazırsınız, sizin şikayətləri mənə göndərirlər mən də ərizələrinizi ayaqyolunda istifadə edirib atıram.
Z.Fərəcov bizə xəbər göndərir ki, şikayət yazdığınız yuxarı orqanlar bizi çox sıxır, onlarla münasibətlərimiz sizin ərizələrinizə görə tamamilə korlanıb. Ona görə də komissiyanın iştirakı ilə siz borcun ödənilməsi barədə notarial qaydada ərizə yazın həmin orqanlara göndərim. Ərizəni yazdığınız halda sizin borcları hissə-hissə ödəyim. Bu dafə də biz onun sözlərinə inanaraq tələyə düşdük. Bizdən istədiyi ərizəni alsa da borcları yenə də ödənilməmiş qaldı. Bizə də məlumdur ki, Zakir Fərəcov bizim həmin ərizələrimizdən istifadə edib hamını inandırır ki, borcları tamamilə ödənmişdir. Lakin bunların hamısı yalandan ibarətdir. Əgər bizə olan borclar ödənilmişsə biz niyə borcların ödənilməsini tələb edirik. Zakir Fərəcov bizim qarşımıza şərt qoydu ki, ərizə verməsəniz borcunuz ödənilməyəcək, ərizə verin borcunuzu ödəyim. Yəni biz borcların ödənilməsi üçün çıxılmaz vəziyyətdə qalaraq ərizə yazmışıq. Çünki Z.Fərəcov bizə ayrı seçənək buraxmamışdı.
İndi də Z.Fərəcov bizi aldatdığı kimi ayrı-ayrı təşkilatları da həmin ərizələrlə aldadır. Nəzərə almaq lazımdır ki, çarəsiz qalaraq borc pulun ödənilməsi məqsədilə belə ərizələr yazmışıq. Lakin borc hələ də borc ödənilməmiş qalmışdır.
Həmçinin Sumqayıt şəhərində aparılan abadlıq işlərində iştirak edən İsayev İslam, Ələkbərov İskəndər, Qacarov Vilayət, İsayev İsrail, Məmmədov İbrahim, Süleymanov Azad, Seyidov Taleh, Məmmədov İlham, Mənsurov Cinğiz, Şəmiyev Ağamməd, Abbaszadə Pərviz, Abbaszadə Vüqar, Cəfərov Şahin, Məmmədov Mir İbrahim, Kərimov Vəli, Quliyev Məzahir, Əhmədov Həbib, Həsənov Şirin, Ağakişiyev Yaşar, Allahverdiyev Aydın, Qarayev Elçin, Paşayev Ramil, Məlikov Anar, Orucov Abbas, Cəfərov Abdulla, Cəfərov İlqar, Həsənli Anar, Qurbanov Tofiq, Aslanov Novruz, Ələkbərov İskəndər, Əkbərov Kamran, Quliyev Məzahir də borclarını tələb etmələrinə baxmayaraq hələ də ödənilmir. Ödəmələrin həyata keçirilməsi üçün addım da atılmır. Sizdən xahiş edirik ki, gördüyümüz işlərin dəyərinin bizə ödənilməsi üçün müvafiq göstəriş verəsiniz”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Tribunainfo.az
Tarix: 12-12-2023, 16:14
Xəbəri paylaş





Xəbər lenti