Dövlət Su Ehtiyatları Agentliyində vəzifə uğrunda mübarizə - KİMLƏR DAHA ŞANSLIDIR?

Dövlət Su Ehtiyatları Agentliyində vəzifə uğrunda mübarizə -
Məlum olduğu kimi, Prezident İlham Əliyev 17 noyabr 2023-cü il tarixdə “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilir…. İdarə və təşkilatların ləğvi və birləşdirilməsi ilə yeni Xidmətlər-Publik Hüquqi Şəxslər(PHŞ), yeni ştat vahidləri və s. yaradılır.

Fərmanın 5.1 – ci maddəsinə uyğun olaraq Regional Su Meliorasiya Xidmətləri, 5.2 – ci maddəyə görə də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətləri yaradılacaq.

Eyni gündə imzalanmış “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 5. 4-cü maddəsində göstərildiyi kimi sədrin Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin edəcəyi və vəzifədən azad edəcəyi birinci müavini və 3 (üç) müavini olacaq.

Bu arada Yenixeber.org-a daxil olan məlumatda deyilir ki, yeni formalaşan strukturda yeni olacaq vəzifələr uğrunda çarpışmalar günlərdir ki, başlayıb. Sədrin birinci müavini postu uğrunda Zaur Mikayılovun hazırkı müavini Rafiq Aslanovun, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun və bu sistemdə məşhur olmayan daha bir şəxsin adı hallanır.

İddialıların hər biri özünəməxsus şansları ilə dəyərləndirilir: Rafiq Aslanov Meliorasiya sahəsində yetərincə təcrübəyə, nüfuza və böyük kapitala malik şəxs kimi tanınır. Təəssüf ki, eyni zamanda onun adı müxtəlif media orqanlarında korrupsiyaya bulaşmış məmur kimi hallanır…

Etibar Məmmədov
Etibar Məmmədov da təmsil olunduğu strukturda təcrübəli sima kimi tanınır. İndiyədək adı hansısa qalmaqalda, mənimsəmə faktlarında yer almır, həm də geniş şəxsi əlaqələrə sahib olduğu bildirilir.

Digər-üçüncü namizəd haqqında bir o qədər də, məlumatımız olmadığından hələlik adının hallandırılmasını uyğun bilmirik…

“Azərsu” ASC-nin rəhbəri vəzifəsini icra edən sədr müavini Köçərli Həsənovun isə üç müavin postundan birini arzuladığı, bu alınmayacağı halda isə Agentliyin Bakı şəhərindəki ən çəkili bir idarəsini də “B” variantı kimi hədəflədiyi bildirilir…

Yuxarıda qeyd etdiyimiz kimi, bu Fərmanla Regional Su Meliorasiya Xidmətləri də yaradılacaq. Yenixeber.org-a daxil olan məlumata görə bu Xidmətlərdən biri də Abşeron, Xızı, Siyəzən və Qobustan rayonlarını əhatə edəcək. Ki, bu Regional Su Meliorasiya Xidmətinin rəisi postu uğrunda da, hazırda Agentliyin iki müxtəlif idarələrinə rəhbərlik edən şəxslər mübarizə aparır. Hələlik bu detalla da bağlı məlumatımızın azlığı səbəbindən geniş yaza bilmirik.

Bildiyimiz odur ki, hər iki şəxs “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin idarə rəisləri postunda “saç ağardıblar”. Tərəflərdən birini hazırda fəaliyyət göstərən birləşmə ilə bağlı komissiyanın sədri, Zaur Mikayılovun müavini Rafiq Aslanovun stavka etdiyi deyilir.

Digər iddialının isə daha şanslı olduğu deyilir. Səbəb isə daha da yüksək çinli məmurla bağlılığı göstərilir…

Mövzunun davamı olacaq./yenixeber.org
Tarix: 18-12-2023, 00:45
Xəbəri paylaş





Xəbər lenti