“Azərbaycandakı həbslər dərin narahatlıq doğurur” – ABŞ Dövlət Departamenti


“Azərbaycanda son vaxtlar jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və müxalifətçilərin həbsi tendensiyası dərin narahatlıq doğurur”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi ənənəvi brifinqdə deyib.
O bildirib ki, təkcə son bir ayda ondan çox belə şəxs saxlanılıb.
“Bu, qəbuledilməzdir və biz Azərbaycan hökumətini hamının, o cümlədən ifadə azadlığından istifadə edənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə, habelə haqsız yerə həbs edilmiş bütün şəxslərin tez bir zamanda azad edilməsinə çağırmaqda davam edəcəyik”, - Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri qeyd edib.
Tarix: 20-12-2023, 15:00
Xəbəri paylaş





Xəbər lenti