DEPUTATIN “KONTAKT HOME” ŞƏBƏKƏSİNDƏ KUPON FIRILDAĞI


“Kontakt Home”dan onlayn paltaryuyan alan müştəri buna görə peşman olub. O, sözügedən şəbəkədən məhsul almağı heç kəsə tövsiyə etmir.
Tribunainfo.az yazır ki, bu barədə sosial şəbəkədə vətəndaş Xəzər Süleymanov məlumat paylaşıb. O bildirib ki, 1 həftəyə gətirilməli olan məhsul 10 gün sonra çatdırılıb, ancaq problem bununla da bitməyib:
“26 noyabr tarixində “Kontakt Home”dan online paltaryuyan sifariş verdim. Sifariş zamanı məhsulun maksimum 1 həftə içində çatdırılacağı bildirilmişdi. 1 həftə oldu 10 gün, 10 gün oldu, 2 həftə… Nəhayət məhsul gəldi. Dəfələrlə müraciət etdim, məhsulumun gec çatdırıldığını və bu səbəbdən zərərə məruz qaldığıma dair. Günlər sonra mənə geri dönüş olundu və mənə gecikmə üçün digər sifarişlərimdə istifadə edəcəyim kupon veriləcəyi bildirildi və kupon verildi. Kuponu istifadə etmək üçün Sahil filialına yaxınlaşdığımda isə bizə məlumat verilməyib dedilər. “Gözləməlisiz, biz məlumat verək rəhbərliyə, sizə daha sonra geri dönüş edərik”.
Sonra müştəri xidmətləri və Facebookdan rəsmi səhifələrinə müraciət etsəm də geri dönüş olunmadı. Əsla tövsiyə etmirəm. Mən öz haqqımı sizə yedirtməyi düşünmürəm! Mənim istehlakçı hüquqlarım pozulub. Sizinlə məhkəmədə görüşərik”.

Tarix: 20-12-2023, 15:14
Xəbəri paylaş





Xəbər lenti