Rusiyalı generallardan Qarabağla bağlı NÖVBƏTİ YANLIŞ AÇIQLAMA


Elxan Şahinoğlu: "Rusiyanın müdafiə naziri və baş qərargah rəisi mövcud durumda Rusiya qoşunlarının Qarabağda hansı tapşırıqları yerinə yetirməsini izah edə bilmirlər"
"Rusiyalı generallar Cənubi Qafqazdakı vəziyyət barədə ya tam məlumatlı deyillər, ya da bilərəkdən yanlış açıqlamalar verirlər. Rusiya müdafiə naziri Sergey Şoyqu bir gün əvvəl demişdi ki, Rusiya hərbi kontingentinin qarşısında Qarabağda sülhün və sabitliyin qorunması vəzifəsi qoyulub. Halbuki, Qarabağda sülh və sabitlik bərpa edilib. Oxşar açıqlama Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovdan gəlib. O bildirib ki, Cənubi Qafqazda vəziyyət gərgin olaraq qalır və Rusiya qoşunları Qarabağda tapşırıqları yerinə yetirməkdə davam edir". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq bildirib ki, 19 sentyabrdakı anti-terror əməliyyatından sonra Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bu, Cənubi Qafqazda ümumi ab-havaya müsbət təsir edib: "İkincisi, Rusiyanın müdafiə naziri və baş qərargah rəisi mövcud durumda Rusiya qoşunlarının Qarabağda hansı tapşırıqları yerinə yetirməsini izah edə bilmirlər".
Tarix: 22-12-2023, 20:54
Xəbəri paylaş





Xəbər lenti