"Praqa Universitetində törədilmiş terror aktı əksər əlamətləri ilə ADNA terrorunun təkrarıdır" - ƏRƏSTUN ORUCLU



"Terorunun arxasında kimin dayandığını və mesajın nədən ibarət olduğunu hər kəs bilir, indi qalır adekvat reaksiya vermək"
"Praqa Universitetində törədilmiş terror aktı əksər əlamətləri ilə ADNA (Azərbaycan Dövlət Neft Akademiyası) terrorunun təkrarıdır. Terroru törətməkdə məqsəd təkcə təhdid və xəbərdarlıq deyil, bu həm də testdir. Testin nəticəsindən asılı olaraq ya Avropa ölkələri boyu terror dalğası yayılacaq, ya da bu, sonuncu addım olacaq". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Ərəstun Oruclu bildirib.
Siyasi şərhçi qeyd edib ki, terror həm də müharibədir, müharibənin isə öz qaydaları var: "Onun əsas qaydası budur ki, düşmən məhv edilməlidir. Praqaya gəlincə, Çexiya paytaxtı sıradan bir şəhər deyil. Kommunist bloku dağıldıqdan, Şərqi Avropada baş verən siyasi və iqtisadi dəyişikliklərdən sonra Avropanın əsas mərkəzlərindən birinə çevrilib. Başqa sözlərlə desək, Praqa əks düşərgələrin siyasi, diplomatik, hərbi və kəşfiyyat maraqlarının toqquşduğu mühüm nöqtələrdən biridir. Bu da o deməkdir ki, Praqa terorunun arxasında kimin dayandığını və mesajın nədən ibarət olduğunu hər kəs bilir. İndi qalır adekvat reaksiya vermək".
Ərəstun Oruclu hesab edir ki, belə hallarda ən adekvat reaksiya isə terrorun sifarişçisinin bu ölkədəki şəbəkəsinə ağır zərbə endirməkdir: "Yəni, terror aktının sifarişçisinin Çexiyadakı casus şəbəkəsinə sözün əsl mənasında dağıdıcı və öldürücü zərbələr endirmək. Yalnız bu yolla terrorçuları hisslərinə qaytarmaq olar. Əks halda sabah nə olacağı aydın deyil. Müharibə təkcə bacarıq və iradə deyil, həm də ilk növbədə qətiyyət və cəsarət tələb edir. Bu keyfiyyətləri ortaya qoya bilməyənlərin də məğlub olmaq ehtimalı yetərincədir".
Tarix: 23-12-2023, 11:29
Xəbəri paylaş





Xəbər lenti