Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ege Hospitalda cərrahiyə əməliyyat olunan və hazırda orda müalicə alan 3-cü qrup Vətən Müharibəsi əlili Elmin Mehdizadəni ziyarət edib



Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Tərtər rayon
Məhkəməsinin sədri Tahir Budaqov  şəhid Şaban Cəfərov adına Xeyriyyə
Cəmiyyətinin sədri Nərmin Şaban qızı ilə birlikdə Ege Hospitalda cərrahiyə əməliyyat
olunan və hazırda orda müalicə alan Tərtər şəhər sakini, 3-cü qrup Vətən Müharibəsi
əlili Mehdizadə Elmin Elgün oğlunu ziyarət edib, müalicəsi, səhhəti və qayğıları ilə
maraqlanıb.
Qeyd edək ki, qazi Elmin Mehdizadə Talış və Suqovuşan kəndləri uğrunda gedən
döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
cənab İlham Əliyevin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və “Cəsur
döyüşçü” medalları ilə təltif olunub.
Qazi və ailə üzvləri şəhid ailələrinə, qazilərə, şəxsən onun səhhətinə göstərilən diqqət
və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.
Tarix: 24-12-2023, 20:38
Xəbəri paylaş





Xəbər lenti