Əyalət jurnalistikası, yoxsa tədbir xatirinə tədbir?..

Əyalət jurnalistikası, yoxsa tədbir xatirinə tədbir?..
Qlobal informasiya mühitində əyalət, şəhər jurnalisti söhbəti ola bilməz. Mənim bacarığım, ictimai rəyə təsir edən media resursların varsa, nə dəxli var, mən Bakıda və ya hansısa ucqar rayonda yaşayıram. Əsas odur ki, işimi mükəmməl görməyi bacarım. Bunu edə biləcəmsə, məni eyni anda həm ABŞ-da, həm də Yaponiyada oxuyacaqlar.
Bu söhbəti bloggerlik fəaliyyətinə də aid edə bilərik. Əyalətdə olan bir ana-bala yemək bişirib, Azərbaycan mətbəxini təbliğ edir. Videolara ingilis dilinfə titrlar da əlavə etdikləri üçün, dünya çapında böyük izləmə rekordu qırırlar.
Onların əldə etdikləri baxış sayı Media İnkişaf Agentliyinin maliyyələşdirdiyi saytların ümumi baxış sayını ötüb keçir. Belə nümunələri çox çəkə bilərəm. Bugünlərdə gördüm ki, MİA əyalət jurnalistlərinin Şuşaya səfərini təşkil edib və bunun geniş təbliğatını aparır.
İndi nə kolxoz var , nə də zərbəçi sağınçı ki, onları əmək qəhrəmanı kimi cəmiyyətə təqdim edəsən. Formasiya elə dəyişib ki, əksinə, cavan qız sağınçı olmağını təbliğdən çox, gizlətməyə çalışır. Belə olduğu təqdirdə, əyalət jurnalistikası paytaxta yaşanlardan hansı fərqli kontent ortaya qoyur?
Bu anlayış kökündən səhvdir. Bir sözlə, maliyyə hesabatı düz gəlmək üçün, MİA növbəti dəfə tədbir xatirinə tədbir keçirib…
Məhəmmədəli Qəribli
Teref. Xocanın bloqu
Səhifəmiz hamının üzünə açıqdır.
Tarix: 30-12-2023, 22:43
Xəbəri paylaş





Xəbər lenti