Yaxın üç gün ərzində ölkədə güclü külək əsəcək - XƏBƏRDARLIQ


Yaxın üç gün ərzində ölkədə güclü külək əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Bildirilib ki, yanvarın 2-si günün ikinci yarısından 3-ü səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s, 3-ü günün ikinci yarısında isə qısa müddətə şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Yanvarın 3-4-də Azərbaycan rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
Tarix: 2-01-2024, 15:06
Xəbəri paylaş





Xəbər lenti