Ticarət mərkəzlərindəki böhranlı durum, elektron ticarət və sahibkarların düşüncə tərzi

Ticarət mərkəzlərindəki böhranlı durum, elektron ticarət və sahibkarların düşüncə tərzi
2005-ci ildə ölkəmizdə "Elektron ticarət haqqında qanun" qəbul edilib.
Təxminən 2008-ci ildən ölkəmizdə onlayn ödəniş sistemləri qurulmağa başlayıb.
Pandemiyadan sonra isə ölkədə rəqəmsallaşma xeyli dərəcədə sürətləndi, çatdırılma infrastrukturu da inkişaf etməyə başladı.
Yəni uzun illərdi ki, elektron ticarətə keçid üçün ölkəmizdə mühit formalaşmağa başlamışdı.
Eyni zamanda 25 ildən çoxdur ki biz elektron ticarətin üstünlüyündən, elektron ticarətə keçməyin yollarından, rəqəmsal transformasiyadan danışırıq.
TV-də, mediada bununla bağlı minlərlə müsahibələr, çıxışlar tapmaq olar.
Lakin çox az sayda sahibkarlar bunu dəyərləndirə bildilər.
İndi 300 $-lıq limiti ləğv etməyi, vərəndaşların e-ticarət yolu ilə xaricdən gətirdiklərinə vergi tətbiq etməyi tələb edənlər o zaman "lülə, tikə və basdırmadan" basa-basa e-ticarətə keçidə etinasızlıq göstərirdilər, bəziləri hətta bizim bu çağırışlarımızı lağ-lağı obyektinə çevirirdilər, həmişə belə qalacağını düşünürdülər.
Yəni fikrimcə pərakəndə ticarətlə məşğul olanların indiki durumu, ticarət mərkəzlərindəki, Sədərək Ticarət Mərkəzindəki indiki böhranlı durum əsasən həm də sahibkarların düşüncə tərzi ilə bağlı məsələdir.
Əlbəttə təəssüfləndiricidir.
Amma yenə də gec deyil.
Perspektiv yalnız rəqəmsal transformasiyadan keçir, doğru yol bu sahəyə diqqət yetirmək və bu sahəyə investisiya yatırmaqdan keçir.
Osman Gunduz
TEREF: Xocanın Blogu
Tarix: 14-01-2024, 11:22
Xəbəri paylaş





Xəbər lenti