Türkiyənin Bursa şəhərindən olan bir qrup şəhid ailəsi Tərtər rayonuna səfər edib


Müdafiə Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyənin
Bursa şəhərindən olan bir qrup şəhid ailəsi Tərtər rayonuna səfər edib.
Qonaqları Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov
qarşılayıb. Qədim tarixə malik Azərbaycanla Türkiyə dövlətləri arasında
dostluq və qardaşlıq əlaqələrindən danışıb. Əsrlər boyu Azərbaycan və türk
xalqlarının həmişə bir-birinə dəstək olduğunu, sıx əməkdaşlıq etdiyini
bildirib. Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını dilə
gətirib. Sonra rayon rəhbəri qonaqlara rayon haqqında ətraflı məlumat
verib, 44 günlük Vətən müharibəsində rayona dəymiş ziyandan danışıb.
Qeyd edib ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinə və onun yaşayış
məntəqələrinə erməni terrorçuları tərəfindən 16277 top, tank, qrad mərmisi,
21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna,
yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr evi-
uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə,
Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə,
inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına güclü ziyan
dəyib, dağıntılar olub.
Dinc əhali 16 mülki şəhid verib, 63 nəfər isə yaralanıb. Erməni vandalları
tərəfindən şəhər qəbirstanlığının atəşə tutulması nəticəsində dəfndə iştirak
edən 4 nəfər mülki şəxs həlak olub. Dövlət rəsmilərinin dediyi kimi “Tərtər
Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradı” olub.
Korpus komandiri general-mayor Bilal Çompuzov qonaqlara təşəkkürünü
bildirib. Qeyd edib ki, keçirilən tədbirin əsas məqsədi hər iki dövlətin şəhid
ailələri arasında münasibətlərin qurulmasını təmin etmək  mövcud
əlaqələri daha da möhkəmləndirməkdir.
Qonaqlar səfər çərçivəsində Dövlət Rəmizləri Muzeyində, 44 günlük Vətən
müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi
nəticəsində dagıdılmış açıq havada fəaliyyət göstərən ev muzeyində olub,
Vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Tərtərə atılmış
qadağan olunmuş raketlərin qalıqlarına baxıb, rayonun infrastrukturuna
dəymiş ziyanı əks etdirən fotostendlərlə tanış olublar. Şıxarx qəsəbəsi
ərazisində şəhidlərin xatirəsinə salınmış “Vətən bağında” ağac əkiblər.
Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən qonaqlara xatirə hədiyyələri
təqdim olunub.
 
Tarix: 15-01-2024, 17:16
Xəbəri paylaş





Xəbər lenti