Bakıdakı universitetlər köçürülür



Bir sıra universitetlərin Bakıdan kənara köçürülməsi istisna deyil.
 
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
 
"Bu Təhsil Nazirliyinin həyata keçirməli olduğu çox ciddi bir islahatdı. İstisna etmirəm ki, müəyyən universitetlər köçürülərək vahid bir kampus yaradılaraq fəaliyyətini davam etdirə bilər. Bu həm təhsilin təşkili baxımından, həm də şəhərdaxili infrastrukturun təkmilləşdirilməsi üçün önəmli bir islahat ola bilər. Növbəti illər ərzində bu məsələ ilə bağlı Təhsil Nazirliyi ilə birgə tədbirlər planı hazırlanaraq icra edilə biləcək”- Komitə sədri əlavə edib.
 
APA
Tarix: 16-01-2024, 12:23
Xəbəri paylaş





Xəbər lenti