Gömrük Komitəsinin Abdulbari Gozalın rəhbərlik etdiyi holdinqə daxil olan şirkət barəsində cərimə protokolu tərtib etməsinin səbəbi açıqlandı


"Sun Tea Çay Fabriki" MMC barəsində iznibati protokol tərtib edilməsinin səbəbi açıqlanıb.
 
Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
 
Qeyd: Fabrik tanınmış iş adamı Abdulbari Gozalın rəhbərlik etdiyi "Azərsun Holdinq"ə tərkibinə daxildir.
Tarix: 19-01-2024, 12:27
Xəbəri paylaş





Xəbər lenti