Azərbaycanda "JEK"lər nə vaxt LƏĞV OLUNACAQ? - AKTUAL

Azərbaycanda "JEK"lər nə vaxt LƏĞV OLUNACAQ? - AKTUAL
"JEK"lər yaşayış binalarının sakinlərindən mənzil, kanalizasiya və məişət tullantılarının pulunu yığan qurumdur. Vaxtilə qanunvericilikdə bu qurumların ləğv olunması ilə bağlı məsələ gündəmə gəldi. Lakin müzakirələr aparılsa da, müəyyən vaxtdan sonra unuduldu.Vətəndaşlar bildirir ki, yığılan pul müqabilində sakinlərə normal xidmət gödtərilmir. Bu baxımdan EK-lərin fəaliyyətinin hər hansı bir önəmi var ? Ləğv olunması gözlənilir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli Sonxeber.az-a açıqlamasında bildirib ki, qanunvericiliklə JEK-lərin ləğv olunması çoxdan nəzərədə tutulub:

" Müzakirə zamanı onlar üçün keçici bir vaxt dönəm nəzərdə tutuldu. Belə ki, yeni qurumların fəaliyyət göstərməsi üçün onlara müəyyən bir vaxt tanındı. Problem odur ki, həmin keçici dövrün nə qədər olacağı dəqiq bildirilməyib. Belə ki, qərar qüvvəyə minənə qədər ifadəsi ilə bu müddət təyin olundu. Hazırda qanunvericiliklə JEK-lərin ləğvi məsələsi gündəmdədir. Amma reallıqda ləğv olunmayıb və yeni qurumlar yaradılmayıb".

İqtisadçının sözlərinə görə, JEK-lər ləğv olunduqdan sonra yeni strukturların yaradılmasına ehtiyac yoxdur:

"JEK-lərin bütün səlahiyyətini bələdiyyələrə vermək lazımdır. Ümumiyyətlə Azərbaycanda bələdiyyələrin statusu gücləndirilməlidir. Onların fəaliyyəti və hörməti artmalıdır. Bu baxımdan əlavə strukturun yaradılmasına ehtiyac yoxdur. Bələdiyyələrə JEK-lərin fəaliyyəti verilsə, bu onların iş fəaliyyətinin artmasına səbəb ola bilər".
Tarix: 14-06-2024, 15:27
Xəbəri paylaş





Xəbər lenti