"Gənc deputatların çoxu Parlamentin imkanlarından eyş-işrət üçün istifadə edirlər" - Partiya sədrindən sərt sözlər



"Azərbaycan Demokrat Partiyası" olaraq sənədləri hazırlayıb MSK-ya təqdim etmişik. Mən 5 saylı Şahbuz-Naxçıvan-Kəngərli seçki dairəsindən namizədliyimi irəli sürməyi düşünürəm". Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Azərbaycan Demokrat Partiyası"nın sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, Parlamentdə milli maraqları düşünən insanlar yer almalıdır: "Parlament Ali hökumət orqanının bir qoludur. Burada xalqın, millətin maraqlarını düşünən insanlar təmsil olunmalıdır. Bunların içində cavan, qoca, qadın, eləcə də kişi ola bilər. Çox təəssüf ki, Azərbaycanda nə cavanlar, nə də qocalar xalqı, dövləti, cəmiyyəti bir o qədər düşünmürlər. Ona görə də parlamentdə gənc və ya qoca kadrların təmsil olunması yox, əsas dövlətə, xalqa bağlılıq prinsipi ön planda görünməlidir". S. Cəlaloğlu hesab edir ki, gənc deputatlar arasında istiqlalçı düşüncəyə sahib olanlar yoxdur: "Gənc deputatlar arasında istiqlalçı düşüncə yoxdur. Müstəqilliyimizi, xalqın gələcəyi naminə işlər görən, strateji düşüncəyə malik adamlar demək olar ki, yoxdur. Parlamentdə oturan gənc deputatların çoxu parlamentin imkanlarından eyş-işrət üçün istifadə edirlər". Mikayıl Mirzəzadə
Tarix: 13-07-2024, 15:33
Xəbəri paylaş





Xəbər lenti