Adil Əliyev Fuad Cəbrayılovla işləyəcəkmi?


Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin kimlərlə işləyəcəyi müəmmalı olsa da, əsas diqqət başçı müavini vəzifəsində olan Fuad Cəbrayılovdur. 
 
Siam-az.com xəbər verir ki, F. Cəbrayılov geniş əlaqələrə malikdir. 
 
O, mediada Sumqayıtın icra başçısı Zakir Fərəcovun kadrı kimi tanınır. Fərəcov hələ Abşeron İH rəhbəri olduğu dövrdə Cəbrayılovu yanına çəkmişdi. Onun Sumqayıta təyinatından sonra Cəbrayılov Abşeron İH-də sabiq başçı İradə Gülməmmədova ilə işlədi, lakin Fərəcovla əlaqələri qalırdı. Sonra gözlənilmədən Fərəcovun “sağ əli” Suraxanı İH başçısı postunu tutmuş Əziz Əzizovun müavini təyin olundu. İndisə sual doğurur ki, yeni başçı Adil Əliyev də Cəbrayılovla işləyəcəkmi…
 
Tribunainfo.az
Tarix: 17-07-2024, 22:37
Xəbəri paylaş





Xəbər lenti