Ülvi Həsənli: Pirverdiyevin bacısı oğlu işgəncə “kralı”dır, yeni nazir isə aldadılıb…

Ülvi Həsənli: Pirverdiyevin bacısı oğlu işgəncə “kralı”dır, yeni nazir isə aldadılıb…
“Abzas Media” işi üzrə həbs olunan Ülvi Həsənli 1 saylı Bakı İstintaq Təcridxanasında məhbuslara verilən işgəncələrdən yazıb. Tribunainfo.az bildirir ki, geniş həcmli məlumatda ağılasığmaz işgəncə metodlarından bəhs olunur.
Ü.Həsənlinin yaydığı məlumatda iki detal xüsusi diqqət çəkir. Onun sözlərinə görə, işgəncə “kral”larından biri rəis müavini, kapitan Cavid Güləliyevdir.

Ü.Həsənli bildirir ki, o, “Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevin bacısı oğludur. Digər işgəncə “kralı” isə polkovnik-leytenant Ceyhun Hacıyevdir.
Məhbus qeyd edir ki, 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovla adıçəkilən müavinləri zorakılıq hallarına haqq qazandırırlar, deyirlər ki, döyülənlər problemli məhbuslardır.
Ü.Həsənlinin bildirdiyi digər maraqlı məqam isə korpuslardan karsların qanunsuz olmasıdır. Onun dediyinə görə, yeni təyin olunmuş ədliyyə naziri Fərid Əhmədov bu il mayın 10-da təcridxanaya gəlib:
“Onun gəlişinə bir neçə gün qalmış ciddi hazırlıq, təmir-rəngləmə işləri getdi. Bu işlər çərçivəsində həmin karserlərin dəmir barmaqlıqlı qapılarının üstünə digər kameralarda olduğu kimi bağlı, nəfəsliyi olan qapı vurdular. Qapıların üstünə isə “anbar” yazdılar.
Yəni Penitensiar Xidmətin rəhbərliyi yeni naziri bu şəkildə aldadıb. 28 saylı kameralardakı karslar qanunsuz olaraq özbaşına şəkildə yaradılıb. Korpuslardakı bütün 28-ci kameralar həqiqətən də qanuni karser idisə, niyə yeni nazir təcridxanaya gələndə onların qapısı bağlanıb üstünə “anbar” yazıldı? Bütün bu qanunsuzluqlar və özbaşınalıqlarla bağlı ciddi araşdırmalar aparılmalı, cavabdeh şəxslər cəzalandırılmalı, sistemli işgəncələrin qarşısı alınmalıdır”.
Tarix: 2-08-2024, 10:17
Xəbəri paylaş





Xəbər lenti