Vəfa Nağıdan rəqibi Tənzilə Rüstəmxanlıya sərt sözlər: "Vətənpərvərlik çuluna bürünüb, nə qədər şou göstərəcəksiniz?"



70 saylı Neftçala seçki dairəsinin namizədləri arasında gərginlik səngimir. 
 
Pravda.az xəbər verir ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin namizədlərindən olan ictimai fəal Vəfa Nağıyeva (Nağı) rəqibi Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müşaviri Tənzilə Rüstəmxanlı barədə növbəti dəfə də sərt tənqidlə çıxış edib. 
 
O bildirib ki, Tənzilə Rüstəmxanlı dövlət qurumlarının ibzibati binalarını təbliğat lövhəsi kimi istifadə edir: “Məntəqə sədri mən 102-yə, DSK-ya şikayət edəndən sonra  gəldi, yanımda plakatı qopardı. Harda görünüb ki, namizədin şəklini DSK-a şikayət edəsən, məntəqə sədri gəlib divardan özü götürsün? Bu azmış kimi, Tənzilə Rüstəmxanlının “plakat yapışdıranı” deyir ki, o plakatları siz yapışdırırsınız.  Bunlarda nə vaxt utanan sifət olacaq, görəsən? Vətənpərvərlik çuluna bürünüb, nə qədər şou göstərəcəksiniz?” 
Tarix: 15-08-2024, 17:42
Xəbəri paylaş





Xəbər lenti