Ər və arvadı bayram gecəsi öldü – Bakıda faciə

Ər və arvadı bayram gecəsi öldü – Bakıda faciə Bu gecə Bakıda ər və arvadının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Gununsesi.info-nun məlumatına görə, Bayıl qəsəbəsi Litvin Babayev küçəsi 44 ünvanındakı fərdi yaşayış evində 1974-cü il təvəllüdlü Mustafayev Cavanşir Təyyar oğlu və həyat yoldaşı, 1980-ci il təvəllüdlü Mustafayeva Sevinc Yafəs qızı dəm qazından boğulublar. Onların meyitləri bu gün səhər saatlarında aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 1-01-2017, 16:01
Xəbəri paylaş





Xəbər lenti