Dünya çempionunu zəncirlə boğmaq istədilər

Dünya çempionunu zəncirlə boğmaq istədilər Rusiyalı idmançı Rəsul Mirzəyevə sui-qəsdin yeni təfərrüatları məlum olub.

Life nəşrinin məlumatına görə, cinayətkarlar sambo üzrə dünya çempionunun ayağını sındırmaq və onu zəncirlə boğmaq istəyiblər.


“Hücum edən şəxslər Rəsulu boğmaq istəyiblər, idmançı müqavimət göstərə bilib. Hadisə yerini tərk edəndə cinayətkarlar mənzildə tapança və zəncir qoyublar. Onlar Rəsulun pullarını oğurlayıblar. Ehtimal var ki, hücum edən şəxslər evdən həmçinin qızıl zinyət əşyalarını da götürüblər”, - nəşrin mənbəsi məlumat verib.

Qeyd edilir ki, hazırda Rəsul Mirzəyev əməliyyat olunub və onun həyatına heç bir təhlükə yoxdur.

Virtualaz.org onu da qeyd edir ki, dünən yayılan məlumatda dağıstanlı döyüşçünü yaşadığı binanın yaxınlığında güdmüş naməlum şəxslərin onun üz nahiyəsinə pnevmatik tapançadan bir neçə dəfə atəş açdıqları, sonra isə beysbol bitası ilə döydükləri bildirilmişdi. Dünya çempionunu zəncirlə boğmaq istədilər
Tarix: 1-01-2017, 19:25
Xəbəri paylaş





Xəbər lenti