"Azercell" Ramin Hacılının adına başqasına nömrə satıb?

 "Azercell" Ramin Hacılının adına başqasına nömrə satıb? "Azercellin səhvinə görə polis məni axtarır".

Bu haqda gənc siyasi fəal Ramin Hacılı bildirib. O, başına gələn qəribə olay haqda yazıb:

21 dekabr 2016-cı il axşam anam həyəcanla zəng etdi: “Füzulidən qohumlar yığmışdı, polisin səni axtardığını dedilər. Nə işdi?”
“Ay ana, mənim polislə nə işim var, fağır adamam, başımı aşağı salıb Azərbaycanımızın çiçəklərini sayıram...”
On dəqiqə sonra anam yenidən zəng edib Xəqani adlı Füzuli Rayon Polis İdarəsi əməkdaşının nömrəsini verdi: “Bu adam zəng etmişdi, dedi guya sən axtarışdasan, polisdən qaçırsan. Yığ gör nə məsələdi. Düzdü, mən ona izah etdim ki, nəsə səhv olub, oğlum polisdən qaçmaz, polisə öyrəşmiş adımdı”.
Yığdım nömrəni və Xəqanı müəllim 21-ci polis bölməsinin rəisi Cövdət müəllimlə təcili əlaqə saxlamağımı və bölməyə getməli olduğumu bildirdi. Ardınca təəçüblə soruşdu: “Bu sənin nömrəndi?
- Bəli, nədi ki?
- Bəs, filan nömrə sizin deyil?
- Yox, heç vaxt da olmayıb. 2004-ci ildən sizinlə danışdığım nömrəni işlədirəm.
- Yaxşı, təcili rəisi yığın. (nömrəni dedi).
- Sağ olun.
Ardınca 21-ci polis bölməsinin rəisi Cövdət müəllimlə əlaqə saxladım.
- Salam, sizi narahat edən Ramin Hacılıdı. Füzuli polisindən sizə zəng etməli olduğumu dedilər. Nə məsələdi?
- Hə, mən indi əraziyə çıxıram, sabah mənim yanıma gələ bilərsiz, 21-ci bölməyə?
- Bəli, nə baş verdiyini öyrənə bilərəm?
- Yox, sabah səhər gəlin, axşama qədər işdə olacam.
Bu arada anam ikinci xətdən 3 dəfə zəng etmişdi. Qohumlar da, anam da bərk narahat idi. “Polislə danışdım, hər şey yaxşıdı, narahat olmayın” – dedim.
Bir neçə saat sonra həmin “filan” nömrədən zəng gəldi. “Salam qardaş, zəng etdiyim nömrə mənimdi, amma sizin adınızadı. Nömrəni sənəd sübutla öz adıma almışam. Başqasının adına necə keçə bilər?..”
Söhbət etdik. Məlum oldu ki, vətəndaş nömrəni bir neçə ay öncə alıb. Bu günlərdə bir avtosalon rəhbəri ilə telefonda mübahisəsi düşüb (özü belə dedi). Avtosalon rəhbəri də ondan polisə şikayət edib. Polis nömrə sahibini bölməyə cağırıb. O, getmədiyi üçün ünvanını müəyyənləşdirmək istəyiblər. Azərcell şirkətinə sorğu göndəriblər. Nömrə adıma olduğu üçün gəlib mənə çıxıblar. Şəxsiyyət vəsiqəsindəki məlumatlara əsasən ünvanımıza çağırış göndərmək istəyiblər.
Ertəsi gün Azərcell şirkətinə getdim. Məlum oldu ki, 2015-ci ilin 15 may tarixində kimsə əvəzimə imza ataraq həmin nömrəni alıb. Müqavilədə imzadan başqa hər bir məlumat mənə məxsusdu.
26 dekabr tarixində 21-ci polis bölməsinə getdim. Barəmdə araşdırma aparmış və xüsusi hörmətlə qəbul edən rəis Cövdət müəllimə apardığım sənədləri göstərdim. Müqavilədəki imza başqasına aid idi. Bu nömrənin mənimlə heç bir əlaqəsi olmadığı aydın oldu. Təhqiqatı aparan polisə izahatımı verdim. Məlum oldu ki, nömrə sahibi ona zəng edən polisləri təhqir edib. Sonra telefonuna zəng çatmayıb. Onlar araşdırma zamanı bütün bunları mənim etdiyimi düşünüblər. Yuxarı instansiyalara da belə məruzə olunub. Belə çıxıb ki, bütün bunları edən mənəm. Buna hüquqda işgüzar nüfuza dəymiş zərər deyirlər.


Suallar:

1. Nömrəni işlədən şəxs hardan bilib ki, bu nömrə mənim adıma qeydiyyata alınıb?

2. Təhqiqat aparan polislər belə mənə məxsus digər nömrələri müəyyən edə bilmədikləri halda vətəndaş bu məlumatları necə əldə edib?

3. Biri adam öldürsə və nömrəsi bu tip məsuliyyətsizliklə başqa birinin adında olsa, cəzanı kim çəkəcək?

4. Bu kimi halların çoxluğu, Azərcell rəhbərliyini niyə narahat etmir?

5. Azərcell Ramin Hacılının başqa adama görə axtarışda olduğunu necə izah edəcək?

6. Bu hadisəyə görə kim məsuliyyət daşıyır - Azərcell əməkdaşı, nömrəni satan “Full Sell” Azərcell Rəsmi Dilleri, yoxsa Azərcell rəhbərliyi?

7. Bu cür hallarda Azərcell şirkəti hansı səbəblərlə məhkəməyə verilməlidi – şəxsi məlumatların konfidensiallığının qorunmaması, abunəçu və
vətəndaş hüququnun pozulması, nüfuza dəyən zərər, yoxsa mənəvi?"


P.S. Məsələ ilə bağlı şirkətin mövqeyini almağa çalışacağıq.


Siam.az
Tarix: 1-01-2017, 21:49
Xəbəri paylaş





Xəbər lenti