Kral ailəsinin üzvü qadın jurnalisti öldürdü FOTO

Kral ailəsinin üzvü qadın jurnalisti öldürdü FOTO Bəhreyndə 28 yaşlı qadın jurnalist Əman Salehi 6 yaşlı oğlunun qarşısında güllələnərək öldürülüb.

Missiya.Az ərəb mətbuatına istinadən xəbər verir ki, jurnalist oğlu ilə birlikdə Bəhreynin Riffa şəhərinə gedərkən hücuma məruz qalıb. Qəzatlərdən birində idman müxbiri olan Salehi yolda gedərkən onun avtomobili naməlum şəxs tərəfindən dayandırılıb. Şübhəli şəxs sükanın arxasıbndan yerə düşürdüyü qadını oğlunun qarşısında başından bir güllə ilə vuraraq öldürüb.

Baş vermiş cinayət körfəz ölkələrində səs-küyə səbəb olub və qatilin şəxsiyyəti müzakirə mövzusuna çevrilib. Bu istiqamətdə müxtəlif iddialar irəli sürülsə də ən çox qatilin kral ailəsinin üzvü olması ehtimalının üzərində dayanılıb.

Ölkənin rəhbər heyətindən olan şübhəlinin daha sonra polis idarəsinə gedərək işlədiyi cinayəti etiraf etdiyi məlum olub.

Əman Salehinin yasaq sevgi cinayətinə qurban getdiyi güman edilir. Kral ailəsinin üzvü qadın jurnalisti öldürdü FOTO
Tarix: 2-01-2017, 09:13
Xəbəri paylaş





Xəbər lenti