Oğul anasını döyərək öldürdü — Gədəbəydə

Oğul anasını döyərək öldürdü — Gədəbəydə Gədəbəy rayonunda qətl hadisəsi baş verib.

Ölkə.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ərtəpə kəndində oğul anasını döyərək qətlə yetirib.

Yanvarın 2-də Gədəbəy rayonunun Ərtəpə kəndində yaşayan Yaqub Məmmədov evində münaqişə zəminində anası Nərgizi döyüb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədov tutulub.

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırma aparılır.
Tarix: 3-01-2017, 16:14
Xəbəri paylaş





Xəbər lenti