Bakıda biznes mərkəzində atışma olub BİR NƏFƏR ÖLDÜRÜLÜB, YENİLƏNİB

Bakıda biznes mərkəzində atışma olub BİR NƏFƏR ÖLDÜRÜLÜB, YENİLƏNİB Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, silahlı insident nəticəsində 24 yaşlı Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb.

Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 28 yaşlı Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb.

* * *14:22

Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində silahlı insident baş verib.

APA-nın məlumatına görə, hadisə binanın 3-cü mərtəbəsində yerləşən "İraq Hava Yolları" aviaşirkətinin ofisində baş verib. Bir nəfərin qətlə yetirildiyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir.

"Report"un məlumatına görə, orta yaşlı naməlum şəxs ofisdə işləyən qızın baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qətlə yetirib.

Hadisənin məişət zəminində baş verdiyi ehtimal edilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Tarix: 7-01-2017, 15:47
Xəbəri paylaş





Xəbər lenti