Saray qəsəbəsindəki köhnə hərbi hissəyə aid iki hekter ərazi necə satıldı - Saray bələdiyyəsinin sədrinin qatilləri

 Saray qəsəbəsindəki  köhnə hərbi hissəyə aid iki hekter ərazi necə satıldı - Saray bələdiyyəsinin sədrinin qatilləri Saray bələdiyyəsinin sədri mərhumə Vəsilə Həsənovanın qətli hamının yadındadır. Mətbuat bu haqda çox yazmışdı. Qatil ailəyə yaxın olan bir şəxs idi. Lakin Siam.az-ın elektron poçtuna İradə Qarayeva tərəfindən göndərilən bu məktubda iddia olunur ki, qatil tək olmayıb. Məktubu oxuculara olduğu kimi təqdim edirik:
Abşeron rayonu Saray qəsəbəsində yerləşən Hərbi hissə 2000-ci ildə boşaldıldıqdan sonra onun ərazisinin faktiki sənəddə göstərilməsindən çox olmasından xəbər tutan oranın hazırki mühafizəçisi Şirvan Bayramov, o dövrdə Bələdiyyə rəisi Vəsilə Həsənova, Cəmil (o dövrdə Abşeron rayon İcra başcısı Zakir Fərəcovun qudası), Fədail (Vəsilə xanımın sürücüsü və sonradan bu işlərin üstü açılmasın deyə Şirvanın və Cəmilin təhriki ilə Vəsilə xanımı qətlə yetirən şəxs) iki hektar ərazini öz qohumlarına və Fədailin tapıb gətirdiyi adamlara saxta sənədlərlə yəni Bələdiyə sənədi ilə Nümayəndəliyin sərəncamı əsasında satdılar. O dovrdə Abşeron rayonunun başçısı olan Zakir Fərəcovun adından istifadə olsada onun bundan xəbəri yox idi. Çünki, o hərbi hissəni Zakir Fərəcov alıb, onun torpaq sahəsinin faktiki sənəddə göstəriləndən iki hektar artıq olduğundan xəbəri olmayıb. Elə bu saxtakarlıqdan xəbəri olmadığına görə də Şirvana yeni tikilməkdə olan hündürmərtəbəli binadan 4 otaqlı mənzil verilib.

Hal-hazırda icra başçısından gizlədilən 2 hektar torpaqdan alan adamlar orda evlər tiksələr də sənədləşdirə bilmirlər. Bunun səbəbini soruşsalar da Şirvan yalandan qətlinin sifarişçisi olduğu Vəsiləni bəhanə edib deyir ki, o saxta sənəd verib mən neynəyim. Aldadılanlardan biri Şirvanı polislə qorxutduqda Şirvan həmin adama mənim dalımda Zakir Fərəcov kimi şəxs dayanıb mənə heç kim heç nə edə bilməz, kimsə mənə qarşı çaşarsa o adamı da Vəsilənin dalınca göndərərəm. Hərbi hissənin ərazisində olan balıq gölündən 2 qaçqın çörək pulu çıxarmaq üçün balıq tuturmuş bunu görən Şirvan onlara ov tüfəngi ilə hücüm çəkmiş onlar öz canların güclə qurtarmışlar. Şirvan hər gün içib yoldan keçən qız-gəlinə söz atsa da yazıq camaat görməməzlikdən gəlir.

Ən maraqlı fakt budur ki, Vəsilə Həsənova öldürülən gecə onun evinin qabağında Şirvanı görən şahidlər var. Hüqüq mühafizə orqanları sabiq bələdiyə rəisi rəhmətik Vəsilə Həsənovanın necə qətlə yetirilməsini və torpaqların necə satılması işini yəqin təkrar araşdırsalar cinayət baş verən gecə qatil də Fədailin tək olmadığı da üzə çıxacaq.

İrade qarayeva
Siam.az olaraq adları çəkilən hər biur şəxsin fikirlərini dinləməyə hazırıq!
Siam.az
Tarix: 9-01-2017, 15:41
Xəbəri paylaş





Xəbər lenti