Gəncədə darvaza iki ustanın üstünə aşıb

Gəncədə darvaza iki ustanın üstünə aşıb Gəncə şəhərində təmir zamanı baş verən bədbəxt hadisə nəticəsində iki nəfər xəsarət alıb. Şəhərin Türklər qəsəbəsində evdə aparılan təmir işləri zamanı həyət evinin qapısını qoyarkən ehtiyatsızlıqdan ağır dəmir qapı ustaların üzərinə aşıb.

Gəncə şəhər sakini, 1971-ci il təvəllüdlü Yusifov Eldəniz və onunla birgə işləyən 1965-ci il təvəllüdlü Rəhimov Nurəddin müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır.


Faktla bağlı araşdırma aparılır. (“Report”)
Tarix: 15-01-2017, 10:24
Xəbəri paylaş





Xəbər lenti