Manyak meşəyə gətirdiyi qadını necə baltaladığını anbaan göstərib- DƏHŞƏT

Manyak meşəyə gətirdiyi qadını necə baltaladığını anbaan  göstərib- DƏHŞƏT 80 qadını öldürdüyünü etiraf edən keçmiş polis əməkdaşı qurbanlarından birini necə öldürdüyünü anbaan anladıb.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, Anqarskdan olan keçmiş polis əməkdaşı onlarla qadını vəhşicəsinə qətlə yetirməkdə ittiham edilib.

Onun etirafına görə, öldürdüyü qadınların sayı 80-a çatıb.

Mixail Popov adlı bu şəxs yüngül həyat tərzi keçirən qadınları öldürdüyünü deyərək özünü “təmizlikçi” adlandırıb.

İstintaq gedişində o, İrkutsk vilayətində qurbanlardan birini necə öldürdüyünü nümayiş etdirib.

Polislərin müşayəti ilə qadını öldürdüyü meşəyə gətirilib. Qadının spirtli içki qəbul etdiyini bildirib də daha sonra balta ilə yerdə uzanmış qadını necə öldürdüyünü nümayiş etdirib.

Xatırladaq ki, qadınların qatili olan manyak 2012-ci ildə saxlanılıb. Ömürlük həbsə məhkum edilən bu qatil 8 il sonra prezidentə əfv üçün ərizə yazmaqla azadlığa çıxmağı da düşünür. Eyni zamanda həbsxanada aktiv olaraq mətbuatla əlaqə saxlayır və pullu müsahibələr verir. Onun hər müsahibəsinin qiyməti 10 min rubldur.

Müsahibələrdən aldığı pul isə onun qızının bank hesabına köçürülür.

Xəzər
Tarix: 15-01-2017, 12:51
Xəbəri paylaş





Xəbər lenti