Şamaxıda qardaş bacısını boğaraq öldürüb

Şamaxıda qardaş bacısını boğaraq öldürüb Şamaxı rayonunda dəhşətli qətl hadisəsi törədilib.

Hadisə bu gün səhər saatlarında Şamaxı şəhərində qeydə alınıb.



Şamaxı sakini, 1977-ci il təvəllüdlü Yolçuyev Rafael Səbrxan oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı bacısı, 1981-ci il təvəllüdlü Arzuxanova Yasəmən Səbrxan qızını boğaraq öldürüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

(apa)
Tarix: 23-01-2017, 13:44
Xəbəri paylaş





Xəbər lenti