ARİF ƏSGƏROVUN BACANAĞINI İNSULT VURDU

ARİF ƏSGƏROVUN BACANAĞINI İNSULT VURDU 2016-cı ilin noyabrında DİN Baş DYPİ-nin rəisi Ramiz Zeynalovun qardaşıoğlu polis zabiti Qoşqar Zeynalovun şikayəti əsasında həbs olunan Rahib və Emin Hüseynov qardaşlarının vəkili və yaxınları yanvarın 24-də mətbuat konfransı keçirəcəkdi.Lakin Rahib və Emin Hüseynovların atası İsmayıl Hüseynovun insult səbəbiylə halı pisləşdiyindən, mətbuat konfransı fevralın 7-nə təxirə salınıb.Vətəninfo.azxəbər verir ki, bu barədə Hüseynov qardaşlarının vəkili Sevil Hacıyeva qafqazxeber.az -a məlumat verib.Qeyd edək ki, Qoşqar Tofiq Oğlu Zeynalov qardaşlardan 3 milyon dollardan çox pul tələb edir. Tədbirdə qardaşların həbsi ilə bağlı maraqlı məqamlara toxunulacaq, habelə, nəqliyyat nazirinin müavini Arif Əsgərovun və onun oğlu Elnar Əsgərovun 3 il əvvəl "Azərbaycan Dəmir Yolları” QSC-də yaşanan milyonlarla dollarlıq qalmaqaldakı rolundan söz açılacaq.

Siam.az
Tarix: 24-01-2017, 10:45
Xəbəri paylaş





Xəbər lenti