Mərdəkanda qadın özünü körpüdən atıb öldürdü FOTO

Mərdəkanda qadın özünü körpüdən atıb öldürdü FOTO Yanvarın 24-ü gecə saatlarında Bakının Xətai rayonu Mərdəkan qəsəbəsində, körpünün yaxınlığında 40-50 yaşlı qadın meyiti tapılıb. İlkin araşdırma zamanı onun üzərindən hər hansı sənəd tapılmayıb. Meyitin üzərində zorakılıq əlaməti də görünməyib. İlk olaraq ehtimal edilib ki, qadını maşın vurub.

Sonradan qadının şəxsiyyəti və ölüm səbəbi aydınlaşıb. Lent.az xəbər verir ki, qadının 1970-ci il təvəllüdlü Məmmədova Sevda Tofiq qızı olduğu müəyyənləşib. Bəlli olub ki, qadın intihar edib.

Bildirilir ki, 47 yaşlı S.Məmmədova Mərdəkan qəsəbə sakinidir. Yanvarın 24-nə keçən gecə evi tərk edərək Mərdəkan körpüsü istiqamətinə gəlib və özünü körpüdən ataraq intihar edib.


İntiharın səbəbi barədə məlumat yoxdur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Tarix: 25-01-2017, 15:12
Xəbəri paylaş





Xəbər lenti