Xoşqədəm Polis rəisinin qaçırılmış gəlinini efirə çıxarıb – Təfərrüat

 Xoşqədəm Polis rəisinin qaçırılmış gəlinini efirə çıxarıb – Təfərrüat
Xəbər verildiyi kimi, ötən gün "Xəzər TV"də Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Bizə Danış" verilişində həyəcanlı anlar yaşanıb.

Missiya.Az xəbər verir ki, telekanala təhlükəsizliyin təmin edilməsi üçün polis əməkdaşları cəlb edilb. Telekanalın mühafizəiçərinə yardım məqsədi ilə Xətai rayon polis bölməsinin əməkdaşları da "Xəzər TV"nin həyətinə gətirilib.

Buna səbəb isə 5 ildir bir-birini sevən Elnur və Günayın həmin gün verilişdə iştirak etməsi olub. Ailələr arasında ciddi münaqişəni nəzərə alan telekanal təhlükəszilik tədbirlərinə əl atıb. Veriliş ərzində hər iki tərəfin qohumları televiziyanın həyətinə toplaşıb(baku.ws).

Missiya.Az xatırladır ki, bu münaqişə barədə bir müddət əvvəl xəbər yaymışdıq. Xatırladırıq ki, Xoşqədəm Hidayətqıznın efirə çıxardığı Günay adlı qız hazırda Ağcabədi rayonunda yerləşən Laçın rayon polis idarəsinin rəsisi Məhəmməd Kərimovun oğlu Aqşin Kərimovun nişanlısı olub. Lakin Günay toy ərəfəsində başqa bir oğlana – onunla birgə efirə çıxmış Elnura qoşularaq qaçıb. Bu hadisə ailələr arasında ciddi münaqişəyə səbəb olub və bu səbəbdən də cütlük uzun müddət idi ki, gizlənirdi.

Yaydığımız xəbərdə o da qeyd olunurdu ki, qızın qoşulub qaçmasından sonra Elnurun qohum-əqrabası sorğu-suala çəkilmişdi, cütlüyün yerinin müəyyən olunması məqsədilə onlara müxtəlif təzyiqlər edilirdi.

İslam
Tarix: 26-01-2017, 19:48
Xəbəri paylaş





Xəbər lenti