“Yoxlama” verilişinin yoxladığı məktəbin direktoru öldü

“Yoxlama” verilişinin yoxladığı məktəbin direktoru öldü 171 saylı orta məktəbin direktoru Telman Qardaşov qəfildən dünyasını dəyişib.

Siam.az bildirir ki ,bu barədə Modern.az-a məktəbdən məlumat verilib. Hətta, o da qeyd edilib ki, direktor son günlərdə böyük əsəb keçirib.

"ATV-də yayımlanan "Yoxlama” verilişindən sonra Telman müəllim çox əsəb keçirmişdi. Hər gün əsəbləşirdi. Bunu məktəbdə biz də hiss edirdik. Dünən evdə qəfil halı pisləşib. Həkimə aparıblar. Beyin qanaxması keçirib. Onunla da dünyasını dəyişib”

Xatırladaq ki, ATV-də yayımlanan "Yoxlama” verilişindən sonra Telman Qardaşov daha çox gündəmə gəlmişdi.



Siam.az
Tarix: 27-01-2017, 15:28
Xəbəri paylaş





Xəbər lenti