Lombarddan içərisində 100 min manat pul və qızıl olan seyf OĞURLANDI

Lombarddan içərisində 100 min manat pul və qızıl olan seyf OĞURLANDI Bakıda lombarddan içərisində pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb.

Siam.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Məmmədcəfər Cəfərov küçəsi 9 ünvanında yerləşən lombarddan içərisində qızıl-zinət əşyaları, həmçinin 100 min manat pul olan seyf oğurlanıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışı davam etdirilir.
Tarix: 27-01-2017, 16:07
Xəbəri paylaş





Xəbər lenti