19 yaşlı tələbənin faciəvi ölümünə səbəb nə olub? - CƏRRAH DANIŞDI

 19 yaşlı tələbənin faciəvi ölümünə səbəb nə olub? - CƏRRAH DANIŞDI
Şəki Texnologiya Texnikomunun bir neçə gün əvvəl vəfat edən 19 yaşlı tələbəsi Samir Kərimlini əməliyyat etmiş həkim danışıb.

'Elmed'' klinikasının S.Kərimlini əməliyyat etmiş travmatoloq-cərrahı İsmayıl İsayev Lent.az-a bildirib ki, S.Kərimli ilk dəfə mikromanipulyasiya məqsədi ilə əməliyyat edilib: “Onun döş qəfəsinin kənarında maye dolu şiş var idi. Bildirildi ki, turnikdə idman hərəkətləri edərkən zədə alıb. Düzdür, həmin zədə insanda xərçəng xəstəliyi yarada bilməz, nə də mən kimisə xərçəngə yoluxdura bilmərəm. Görünür, uşaqda əvvəldən proses gedirmiş. Biz şişə mikromanipulyasiya məqsədi ilə cərrahi müdaxilə etdik. Məqsədimiz şişin hematoma və ya maye yığımı nəticəsində formalaşmasını müəyyən etmək idi. Amma xəstənin göstərdiyi reaksiya bizi qane etmədi. Əməliyyatdan sonra yaxınları onu xəstəxanada saxlamaqdan imtina etdilər. Sonra isə ağırlaşmış formada yenidən qayıtdılar və mən onlara Onkoloji xəstəxanaya müraciət etmələrini məsləhət gördüm”.

İ.İsayev əlavə edib ki, S.Kərimlidə onkoloji xəstəlik aqressiv formada inkişaf edib: “İstənilən halda maye onun bədənindən xaric edilməli idi. Çünki daha çox yayılsaydı, sonra döş qəfəsinə keçə və daha ciddi fəsad verə bilərdi”.

Qeyd edək ki, S.Kərimlinin dayısı Sahib Bilalzadə criminal.az-a deyib ki, İsmayıl həkim xəstəni MRT-nin cavabında törəmə yazılsa da, sümüyün iltihabı diaqnozu ilə əməliyyat edib: “Həmin əməliyyat ümumiyyətlə İsmayıl həkimin sahəsi deyildi. Əməliyyatdan sonra bankada ət qırıntıları var idi. İsmayıl həkim həmin ət parçasını da analizə göndərmədi. Dedi, ehtiyac yoxdu. Bir əməliyyatdan sonra Şəkiyə gəldik. Lakin 17 gün keçəsə də, Samirin yarasından su axırdı. Yenidən Bakıya qayıtdıq və professor Əhliman Əmiraslanovun qəbuluna getdik. Bildirdi ki, Milli Onkologiya Mərkəzində kimya terapiyası olunmalıdır. Hətta onkologiyada kimyaterapiya şöbəsinin müdiri Rasim həkim bizə bildirdi ki, xəstəni kim bu günə qoyub, bu debilizmdir…

Samirdə 7 millimetrlik törəmə olduğu halda biopsiya olunmalı idi, amma əməliyyat ediblər. Biopsiyanın cavabında bədxassəli şiş çıxdı. Lakin Samiri onkologiyada müayinə etdilər, əməliyyat zamanı limfa vəzi tamamilə dağılmış vəziyyətdə idi. Əhliman Əmiraslanov da dedi ki, kimyaterapiyası alsın və ya qolu amputasiya olunmalıdır. Lakin bizə Onkologiyada heç kim yaxın durmurdu. Xəstənin vəziyyəti olduqca pis idi. Sag olsun Onkologiyanın həkimləri, əllərindən gələni etdilər’’.


S.Bilalzadə deyir ki, Samirin səhvən əməliyyat edildiyini biləndən sonra əsəbi halda "Elmed"ə yollanıb, lakin İsmayıl İlyasov onun qarşısına çıxmaqdan çəkinib: ''Şöbə müdiri məni qarşıladı, otağına apardı. Daha sonra İsmayıl həkim gəldi. Samirin anası İsmayıla dedi ki, balamı sən öldürmüsən. Cavab verdi ki, sənin balan öləcəkdi, mən heç nə etməmişəm’’. 19 yaşlı tələbənin faciəvi ölümünə səbəb nə olub? - CƏRRAH DANIŞDI
 19 yaşlı tələbənin faciəvi ölümünə səbəb nə olub? - CƏRRAH DANIŞDI
 19 yaşlı tələbənin faciəvi ölümünə səbəb nə olub? - CƏRRAH DANIŞDI
Tarix: 28-01-2017, 04:34
Xəbəri paylaş





Xəbər lenti