Yenə spirtdən zəhərlənmə - Ata və qızı öldü

Yenə spirtdən zəhərlənmə - Ata və qızı öldü Rusiyanın Tula vilayətində iki nəfər spirtdən zəhərlənərək ölüb.

Bir neçə gün əvvəl 53 yaşlı kişi və onun 28 yaşlı qızı spirt tərkibli maye qəbul ediblər. Spirtin qəbulundan sonra özlərini pis hiss edən ata və qızı xəstəxanaya yerləşdirilsələr də, həkimlər onların həyatını xilas edə bilməyiblər.

Aparılan ekspertiza nəticəsində məlum olub ki, onların içdiyi maye metil spirti olub./trend
Tarix: 28-01-2017, 08:47
Xəbəri paylaş





Xəbər lenti