Hakimin oğlunun ölümünə səbəb olan sürücünün cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

Hakimin oğlunun ölümünə səbəb olan sürücünün cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Siam.az APA-nın məlumatına istinadən bildirir ki , hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Aydın Ağayev R. Kərimovun himayəsində azyaşlı uşaq olması barədə məhkəməyə sənəd təqdim edib. Sənəd cinayət işi materiallarına əlavə olunub.

Təqsirləndirilən şəxsin digər vəkili Orxan Heydərov videogörüntülərin araşdırılması üçün təkrar ekspertiza keçirilməsi haqqında vəsatət qaldırıb. O, ekspert rəylərinin sübutlar siyahısından çıxarılmasını istəyib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses fevralın 7-də davam etdiriləcək.

Qeyd edək ki, bu ilin mayında Bakıda R. Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vuraraq qaçıb. Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R. Allahverdiyev orada ölüb.

Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R. Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub.

Hadisəni törədən şəxsin atası isə Mərkəzi Kliniki Xəstəxananın sabiq baş həkimi Yüzasif Kərimovdur. Siam.az
Tarix: 31-01-2017, 14:39
Xəbəri paylaş





Xəbər lenti