Türkiyədə iş adamı güllələndi

 Türkiyədə iş adamı güllələndi Türkiyədə iş adamına silahlı hücum olub.

Musavat.com-un məlumatına görə, hadisə Zonquldak əyalətinin Eregli rayonunda, ticarət mərkəzində baş verib. Məlumata əsasən, ticarət mərkəzindəki kafedə oturan iş adamı Varol Bayraka yaxınlaşan Y.B. silahını çıxararaq bir dəfə atəş açıb. Silah səsindən panikaya düşən müştərilər qaçmağa başlayıb.

Silahlı hücum nəticəsində Varol Bayrak ayağından yaralanıb. Hadisəni törədən şəxs qaçmağa cəhd etsə də, sonradan polis idarəsinə gedərək təslim olub. Təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilib.

Hadisə ilə bağlı istintaq başladılıb.
Tarix: 1-02-2017, 06:56
Xəbəri paylaş





Xəbər lenti